Əliqulu Qəmküsar - Əşar
Mixəklİ, hıllidir ecəb tərəklə aşı mollanm,
Tapılsa harda bir lotu olar həmaşı mollanın.
Səri pilovda hər geca qoyar dərac, qırqavul,
Səfa sürər soraq edən tapılsa harda bİrcə dul,
Hüzurə gündə bir kərə camaatı edər qəbul,
Birin qəbul edən kimi birin qovar lədilvüsul,
Təmayilati-nəfs ilə qızıbdı başı mollanın,
Həvadisi-zəmanədən hanı təlaşı moiiamn.
Üruc edəndə minbərə ərebcə vəzter deyər,
Ədası, həm tekəllümü qlubi-nasi cəlb edar.
Zibəs ki əbdi-bətndir hemişe mehman gedər,
Hər ay başrnda bİr gecə camaatı qonaq edər.
Cavandı, qırxı keçmeyib hənuz yaşı mollamn,
Fərəh verir qadmlara göz ilə qaşı mollanm.
Yeri düşəndə başlayır avam üçün müqeddimə.
Oxur elimi ələme, mükərremi mükerremə.
Qıtar namazi-meyyiti besəd hezaT zümzümə,
Sexavəti-kəremdə hem kişi əvəzdi Hatəmə.
Tutubdu sehni-məscidi a toy şabaşı mollamn,
Müridi secdalər yanar görünsə başı mollanın.
Hesari-şəhre bənzeyir ornın zəxim heykəli,
Çıxar sədası top kimi dəyəndə əlmüvəkkəli,
Olub yazıq camaatın bu şəhrdə mühəssəli,
Nisayı sevdiyindən ol soraq edər əramili.
Ədili yox zəmanədə ağırdı daşı molianın,
Əvezdi sanki girməye səri-təraşı mollanın.
- “Molla Nəsraddin”, 12 fevral 1914, N 5
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət