Slimfit
  1. ƏDƏBİYYAT

Əliqulu Qəmküsar - Deyirlər, çıxdı bir gün Tura Musa

Əliqulu Qəmküsar - Deyirlər, çıxdı bir gün Tura Musa
Sakura

Əliqulu Qəmküsar - Deyirlər, çıxdı bir gün Tura Musa

Deyirler, çıxdı bir gün Tura Musa,
Minacat etdi: “Ey məbudi-yekta,
Özün məcmu-dünyanı yaratdın,
Bu müyon, milyon insam yaratdın.
Nolur lütfun ota şamil ki, mən də
Sənin tək xəlq edim bir nazlı bəndə,
Qəbul olsa mənim bu iltimasım,
Dəxİ dünyada yox xofu hərasım” .

Kəlimullaha oldu vəhy nazil,
Böyük bir m ərhəmət haqqında şamil.
Dedi: “Verdim sənə hər ixtiyan,
N& istərson elo, hökmündii cari.
Yuğur, insana oxşar bir şəkil yap,
Düzəlt her bir yerin İnsan kimi Iap.
Vİcudu, cemdeyi, çiyni, qulağı,
Qoiu, dirsəktəri, boynu, buxağı,
Başı, beyni, qıçı, qamı serasər
Ki, olsun büsbütün insana bənzər.
Sən et bu şəkli torpaqdan kəşidə,
Eder Cibril özü ruhun dəmidə”.
Eşitcək bu sözü Musa sevindi,
Yerinden sıçradı, aslana döndü.
Qolunu çırmadı, açdı dolağm,
Soyundu paltann, atdı papağın,
Qazıb yerdən bir az torpaq çıxartdı,
O torpağa bez-on kuzə su qatdı.

Yoğurdu palçığı bir çəngə qapdı,
Nasıl əmr olmuş idİ eylə yapdı.
O palçıqdan düzüb bir heykəl etdi,
O dəm Cəbrailə goydən vəhy yetdi,
Gəlib ol heykəle nəfx etdi bir ruh,
O heykel nitqə gətdi oldu ziruh,
Atıldı, düşdü, fırlandı, yumuldu,
Çığırdı, qaçdı, her semtə cumuldu.

Bu işdən düşdü Musa iztiraba,
Vücudu titrədi, daldı əzaba.
Dübare yalvanb qıldı minacat:
“Məni, ya Reb, bu bəndə eyləyib mat,
Sənin xəlq etdiyin cümlə bəşərde,
Bu cür yüngül, səfeh yox bir nəfer də.
Nədən bu tutmayır bir ləhzə aram?
Mənə bu hikməti gəl eylə ifham” .

Yetişdi həzrəti Musaya ilham,
Bu minval ilə göyden gəldi peyğam:
Ki, sən allahlığa bixud can atdın,
Yaratdrn brr nəfər, naqrs yaratdm,
Yadından bir işi qıldın fəramuş,
Onunçun bunda yoxdu zərrəcə huş.
Beyin çün qoymuyubsan sən o başa,
Özünü öldürüb, düşmə təlaşa.

Olub insan, bu, insana qoşulmaz,
Dürüst anla, beyinsiz adəm olmaz,
Dəxi keçdi əməl, fövt oldu fıirsət,
Dilorsen olmasın bir nəfse zəhmət,
Apar at bir çuxur məvada qaisın,
Yesin, içsin, gözel bir Övret alsın.
Törer nesli olarlar bir bölük hiz,
Salarlar bir şahər məşhur Tebriz.
Yeyər ol şəhrin ehli çoxlu paxla,
Beyinsizdir olar, yadında saxla,

Bir eşşək mindirib bir eşşək üstə
Tutarlar sağ-solun dəstəbedəstə.
Biri anqırsa, etsə bir nümayiş,
Ona səcdə edərler, həm sitayiş,
Deyərler müctəhiddir, ya imamdır,
Bir anqırmaq kifayətdir, tamamdır.
Olardan umma sən eqlü fərasət,
Olar kani səfahetdir, səfahət.

  • "Molla Nəsrəddin", 14 avqust 1913, N 2l
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR