Dərc edildi: Baxış sayı: 533
Əliqulu Qəmküsar - Dedilər gərçi mülki-İranə
Dedilər gərçi mülki-İranə
Açdı məşrutə bir təriqi-nəcat,
Püfləyib ruhi-tazə hər yanə,
Eylədi mürdəkanə bəxş həyat.
Ləğvdir büsbütün bu əfsanə,
Demişəm mən bu mətləbi kərrat,
Altı min il yatan səfilanə,
Oyananmaz, mahalıdır, heyhat...
- “Molla Nasraddin", 4 dekabr 1911, N 43
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət