Slimfit
  1. ƏDƏBİYYAT

Əliqulu Qəmküsar - Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?

Əliqulu Qəmküsar - Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?
Sakura

Əliqulu Qəmküsar - Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?

Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?

Qoymuruq biz ki, ona zərrəcə qiymət, bizə nə?

 

Bizə lazımdı ki, hər işdə olaq köhnəpərəst,

Gəlməsin şənimizə köhnəpərəstlikdə şikəst,

Biz qəbul eyləmişik çünki onu ruzi-ələst,

Olsa hürriyyət əgər aləmə qismət, bizə nə?

 

Çətin islah olunar bizdə olan eybü qüsur,

O qədər mədrəkə yoxdur, o qədər əqlü şüur,

Güdürük məhz ola üqbadə bizə hur, qüsur,

Yoxsa dünyada aşıb-daşsa bu nemət, bizə nə?

 

Etməyirsən sözümə bavər əgər, çıx o yana,

Səfər et bir İrəvan səmtinə, get Naxçıvana,

Gör nə təzim eleyirlər orada çin taxana,

Demə var orda əgər min cürə bidət, bizə nə?

 

Hamımız çünki varıq bircə bezin bir qırağı,

İlana lən olsa, istər qarası, istər ağı,

Ya götür Gəncəni, ya Bakını, ya Qarabağı,

Vardı hər şəhridə, hər kənddə bu söhbət, bizə nə?

 

Leyk hər ölkədə bir cür çıxırıq meydanə,

Mailik bir çoxumuz köhnə çürük divanə,

Qorxuruq söyləməyə, açmıyırıq mərdanə,

Deyirik olsa da hər şəkl hökumət, bizə nə?

 

Naxçıvan əhli demə, üç tirədir, beş tirədir,

De görüm, xədqi sədaqətli olan yer nerədir?

Naxçıvan təkcə deyil, dəxli bunun hər yerədir,

Çünki hər işdə deyirlər bu cəmaət, bizə nə?

 

Saxlayır mollaları, şeyxi danosbaz tərəfin,

Yıxılır hər biri bir səmtə görür orda nəfin,

Şpiyonlar odu kim zərrəcə pozmur da kefin,

Molla, xan çünki deyir batsa da millət, bizə nə?

 

Güclünün dövrəsi keçdi, ayıl, ey vəhşi əvam,

Quyruğundan götür əl, bəsdir, az eylə ikram,

İndi hər yerdə bərabərdi bütün xasilə am,

Gözün aç, söyləmə bir də, a biqeyrət, bizə nə.

 

İndi lazımdı bütün köhnələri rədd edəsən,

Ciddi-cəhd ilə tutub tazə üsulu gedəsən,

Açacaqsan gözünü bir də haçan bəs gedə, sən!

Deyəcəksən genə, olsun pisə lənət, bizə nə?!

  • “Molta Nəsrəddin", 30 mart 1917, N 8
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR