Slimfit
  1. ƏDƏBİYYAT

Əliqulu Qəmküsar - Çirk

Əliqulu Qəmküsar - Çirk
Sakura

Əliqulu Qəmküsar - Çirk

Bİldir həmin bu fəsildə ki, yay idi, Naxçıvan şehərini qızdırmatitrətme bürümüşdü. Hətta iki-üç yüzədək adam məhz qızdırmatitrətmədən vəfat etdi. Şehərİmizde oian cəmi müsəlman vo rus həkİmlərİ acız qalıb her cüre müalicə edirdilərsə də kargər olmurdu. Amma sonra Allah-taalanın bu yazıq Naxçıvandakı bəndələrinə rəhmi gəüb, şəhərimizİn vaizi molla Zülənam cənabları mənbərdə vəz əsnasinda tərləyİb və çirklənmiş köynəyinin tərini və çirkini onlara şəfa qərar verdi. Belə ki, bu ilin ərzində şəhərimizin hamı müsəlman övrətləri balaca şüşələr götürüb Axundgildən pul ilə o mücərrəb davadan alıb hansı bir qızdırmalınm canına və hansı boğazı gəlmişin boğazına sürtdülərsə, fılfövr şəfa tapıb, canları bidin və laməzheb rus hekimlərinin əlindən qurtardı. Əlhemdülİllah, bu il şəhərimizdə bir nefər də qızdırmah və naxoş tapılmır. 
Belə məlum olur ki, bu dava təhvil suyundan yüz dəfə faydalı və mücərrəbdir. 
Bu hesabdan gərək ki, qubalı Axund Molla Hacı Babamn təri və çirki diqqdən tutmuş bütün əlacsız dərdlərin hamısının dərmam ola. Qubalı qardaşlarıma tövsiyə edirəm ki, qəflət eləməsinlər. Bu cür mömin və dindar alimlər çətİn əlo düşər. Allah ki bu cür böyük nemətləri bizə ehsan buyurub, daha biz niyə pullanmtzı xarici hekimlərə verək? 
Xudavəndi-aləm bu cənablara ömür versin ki, öz şefa tərini ve köynəyınin çikrini heç kəsdən müzayiqə eləmirlər.

  • “Molla Nəsrəddin", 16 avqust 1909, N 33
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR