Slimfit
  1. ƏDƏBİYYAT

Əliqulu Qəmküsar - Bir əsridi çıxmışdı ki, meydanə pristav

Əliqulu Qəmküsar - Bir əsridi çıxmışdı ki, meydanə pristav
Sakura

Əliqulu Qəmküsar - Bir əsridi çıxmışdı ki, meydanə pristav

Bir əsridi çıxmışdı ki, meydanə pristav,
Mexluqu gətirmişdİ bütün canə pristav,
Çıxsaydın əgər gəzməyə, kəndlərdə görərdin,
Nə zülm eləyir rəncbərə, dehqanə pristav.
Quldur kimı çapmış-taiamış şəhri, dehatı,
Qoymuş neçə min evləri viranə pristav.
Daim çalışıb öz cibinin xeyrinə olmuş,
Xain, hem əbləh, hem də ki, divanə pristav.
Tutmuş füqəranın qanını şişəyə salmış,
Hər əlsiz-ayaqsızları zindanə pristav
Mən her nə qedər səy elədim, görmedim əsla,
İnsaflı və vıcdanlı bir danə pristav.
Hərçəndi ki, hər milləti, hər qövmü soyurdu,
CəIIad ıdi məxsus müsəlmanə pristav.
Göstərməsin Allah o günü kim, gecə-gündüz
Dürtərdi özün hər yerə, hər yanə pristav.
Meyxanəni, dəmxaneni bir-bir dolamrdı,
Hər yerdə vururdu neçə peymanə pristav.
Pul verməz idi içdıyinə, ondan əlavə
Həm nail olurdu böyük ehsanə pristav.
Axşamə kimİ müftə yeyib, müftə gəzirdi,
Hər şəhrİdə meyxanəbəmeyxanə pristav.
Hər yerdə qumar olsa İdi, üzv idi orda,
Saxlardı Özü, bəlkə, qumarxanə pristav,
Daİm eləytb batıli haqq, haqqı da batİI,
Etməzsə, olardı de göriim ta nə pristav?
Saxlardı bütün oğnınu, qulduria qaçağı,
Yoldaş idi her çapqına, talanə pristav.
Aldıqlanm çünki naçalniklə bölürdü,
Çatmışdı odur kim, bu böyük şano pristav.
Rusiyyoni, Qafqazı dağıtdı, sora soxdu
Axır nəfəsində özün Iranə pristav.

  • “Molla Nəsrəddin", 23 mart 1917, N 7
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR