Slimfit
  1. ƏDƏBİYYAT

Əliqulu Qəmküsar - Babı

Əliqulu Qəmküsar - Babı
Sakura

Əliqulu Qəmküsar - Babı

Mənim heç bir kəs ilə borcum yoxdur və heç bir adama demerəm ki, yerin əyridir, düz otur və heç bir əhed ilə işim olmaz ki, sen niyə filan məzhebdesen, filan dindəsən. İndi dünya azadiyi-vicdan dünyasıdı. Hesən, Əli, Cefər kefi istəyir şiə olmur babi olur, təbii olur, dəhri olur, farmasyon olur, heç bir yerə başın bağlamır ve hər nə ki öz xoşudur, onun dalınca gedir. 
Elə bizim əhkamımız da belədir. Peyğəmbərimiz də bu cür rəftar eləyib. Əsri-səadətdo bir nəferin dini-islamdan dönüb dübarə kaflr olduğu məsciddə sohbət edərkən, onun qardaşı qalxdı ayağa ki, ya rəsulallah, izin ver, gedim qardaşımı öldürüm. Həzrət buyurdu ki, dayan, əl-ikrahi fıddin, qəd təbəyyən orrüşd min-el-ğəyi, yəni dində kərahiyyət yoxdur, heç kəsə demək olmaz kİ, sən gəl, cəbrən müsəlman ol. JR.əhmətlik Siqətül-İslam vaxtı deyil ki, zor ilə urus qazağmı tutub xətənə elətdirəsən. Zəmani ki, haqq batil aydınlaşdı, h ə rk ə s öz ixtiyarmdadır, hansını qəbul edər, ozü bilər, hansından üz döndərər, gənə özü bilər. Hər kəsin dini, təriqəti özü üçündür. Qoyunu qoyun ayağından, keçini keçi ayağmdan asacaqlar. Yəni heç kosə dəxli yoxdur, mən bəhayi oldum, ya bəhayim oldum, kef öz kefımdir, cənnətə gedərəm, gedərəm, cohennomə gedərəm, özüm billəm... 
Amma nece ki, deyiblər, söz sözü gətirər, arşm bezi. İndi ki, mətləb bu məqame çatdı və söz buraya gəldi çıxdı, mən senin üçün bir neçə kəlmə söhbət eleyecəyəm ki, huş-kuş İiə qulaq asıb dürüst zaiqeye tapşırasan va çox qemişliyə getmeyib tez sözümü qurtarıb 112 sənə dua eliyəceyem ki, başağrısı olmasın ve sənin vaxtin itməsin ki, göyçək arvadlann ve göyçək uşaqlann dalına düşüb bu tramvaya, o tramvaya minmekdən əlin çıxsm. 
Tebrizdə beş il camaat qan tökdülər, yandılar, yaxıldılar, talandılar, qırıldılar, aclanndan heyvanat kimi yonca yedilər ki, bir yüngülvari məşrutə alsınlar. Ala bilmədİlər. Səbəb nə oldu və niyə yazıqların oxu daşa dəydi? 
Həsən Germek Tebrİzdo hər vaxt ki, mənbərə çıxırdı vo hər hansı məclisdə eyleşirdi... başlayırdı ki, əmma bəd ey cəmaati- Dəvəçi ve hökmavar, bilin və agah olun ki, bu məşrutə adı ilə meydanə çıxanlar hamısı babıdır, məhz isteyirlər ki, sizin dininizi əlinizdən alsınlar və eylə ki, sizi basıb itaətlərinə gətirdilər, deyəcəklər, gərək babı olasınız, olmasanız da sizi qılıncdan keçirdəcəklər. Çalişın qınn bu ləməzhəbləri, körpə uşaqlannadək doğraym, onların malı, cam, irzi sizə ana südü kİmi halaldır. 
Budur, əzizim, her yerdo babılığm yemişi! Hər məmləkətdə hər kəs ki, filcümte gözü açıq və fıkri sağlam olur, istoyir müsəlman şəriətində oian bir para mövhumatı və müzəxrəfatı ki, hamısı əsatirdir və qurama sözlərdir və hamısını Fazili-Məclisilər və Fazili- Dərbəndilər alami-röyadə görüb kitablanna yazıblar, qırağa tullasın ve islam dinin bu üfunetlərdən və çirklərdən temizləsin, onda bir tərefdən axundlar, mollalar, qırmızısaqqal, sanbeyinler qaixib qışqınrlar ki, qoymayın, filanks babı olubdur, bir yanda da babılar Özləri onun gözüaçıqlığım eşidib deyärlər ki, filankes də babıdır. Necə ki, bunların həmişə qaydasıdır, hər yerdə məşhur, biliki, anlayan adam olsa hamısım əvama babı tanıtdırarlar ki, onları tez yoldan çıxarda bilsİnlər. Bİçarənin heç zaddan xebəri olmuya-olmuya bir vədə görürsən ki, hər tərəfden toküldülər üstünə, hay-küy, qoymahaqoyma saldılar ki, sən babısan, mürtədsən, məlunsan!!! Budur, babılığın İnsaniyyətə və islamiyyəta indiki əsrdə menfeəti. 
Hərçend ki, indİyə kimi milyon dəfə bu cür sözlər danışılıb və deyilib ki, ay canım, siz egər din istəyirsiniz, cəvahir kimi Məhəmməd peyğəmbərin dini, istəmirsinİz, gedin lamezhəb olun. Daha niyə camaatm yaxasmdan əl çəkmirsiniz. Daha niyə hər yerdə bir 113 çılpaq, ac, fəhlo, hambal, kənkan, müselman görürsünüz, başlayırstnız ki, gəl babı ol ve xalqı Əli aşından da elayirsiniz, Vəli aşından da. Başa gəlməyib genə “dədəm mənə kor deyib, gəüb-gedene vur deyib” eləyib zəli kimi yaptşıblar xalqın yaxasından və necə kİ, tranda salamdan qabaq her kəs hər kəsi görsə, soruşar ki, təqlidin kimədir? 
Bunlar da hər sual-cavabdan qabaq bir adam ki gördüier, başlayacaqlar; Cəmali-mübarək belə getdi, Əbdülbəha bele nitq dedi, Sərkar ağa belə fərmayiş elədi, bu şəkillor amerikahlardır, hamısı Serkar ağaya iman gətiriblor. Daha yer üzündə ayri dində adam qalmayıb, hamı dönüb bohayi olubdurlar... 
Ancaq bilmirəm ne cür düşdüso, söz gəldi çıxdı buraya. Yoxsa genə mən deyirəm mənim heç bir kəs ilə İşim yoxdur. Bİrisi istəsə gctsın özünü damdan atsın, mən genə demərəmkİ, niyə atırsan. Btrce məni qupquru qurudan budur ki, aya, görosən amerikalılar ki, beş yüz ildi dünyaya gəliblor ve belə ərköyün böyüyüblər ki, heç bİr boyunduruq altına girməyiblər, necə gəlib birdon-birə gündə on doqquz rükot namaz qılacaqlar və hər rükətdə on doqquz dəfə ya Bəha, ya Camal, ya Cəlal, ya qüdret, ya şövkət, ya mələkut, ya nasüt, ya Cəbərut, ya Əliməhəmmod, ya Hüseynəli, ya Abbas, ya qüsəniəzem, ya qüsəni-əkbər deyocəkler. Və nece iş-peşələrtni ötürüb dərviş kimi püst-pələngin yığışdırıb düşecəklər borri-biyabanə kİ, qalan amerikalıları da tebliğ eləsinlər vo hərəsi ildə bir nəfəri babı eləsin ki, Sərkar ağanın yanında qürbi-mənzileti artsın. Axı adam babı elomək eşşəkarısı öldünnək deyİl, bir doqiqədə beş yüzünü äldürəson, behiştdə sənə beş yüz xurma vcrələr? 
Adam babı eləməyə ərəb dili, fars dilİ öyrotmek lazımdı, dəllidəlayil lazımdı. Zarafat deyİl, on doqquz ay var, o doqquz ayın on doqquz da adı var, hamısı erebcə. Amerikalı müsəlman deyil ki, ilde otuz gün gündüz ac-acına qalxıb gecə yarısı yerinden xortdasın, hey iıxatıx, tıxatıx, qamı dolandan sonra “allahümmə, enni, əsolükə, min baha iko, babha” oxuyub aylarm adım ozberlosin, çünki müsəlman millətinin işi asandır, əlelxüsus şio, iranlı örgənmiş candı, indiyədek min dinə girib çıxıbdır. Min dofə öküzə, oda, suya, bütə, kovsahya Allah deyibdi nə olubdu ki, Bəhayə desin nə olsun? 
Ancaq mən öz dərdimi ötürmüşəm, qalmışam amerikalıların hayına, bilmirəm bu biçarələr bu ağırlıqda təkliflərin öhdəsindən necə gelecəklər ki, oturduqlart yerdə toz-tozun içindən bir şəxs çıxır ki, mən Əbdülbohayəm, min ağac yoldan gəlmişəm və size din gətirmişəm, gərek qəbul eləyəsiz və bundan sonra bir-birinize yetişəndə əl-ətə vermək əvəzinə “allahülbəha” deyosiniz. Doğrudan da, vay amerikahlann halma.

  • "Molla Nəsrəddin", 20 fevral 1913, N 6
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR