Dərc edildi: Baxış sayı: 829
Əliqulu Qəmküsar - Axund
Qoydun əmmamə başına, dandın həqiqeti,
Alat-həcvü məsxərə qıldın şəriəti,
Udvan olub ülumə, sevdin cəhaləti!
Saldın əsarət altına biçarə miləti,
Dinİn fədayi-dirhəmü dınar edən axund,
Millətlər içrə mitlətini xar edən axund.
Insaf elə, bu qədər yalan macəra deme,
Peyğomberə, imama bu nov İftira demə,
Mənbərdə hər cefəng sözü, qıl həya, demə,
Hər bir yalanı həzrətə bilmə rəva, demə.
Ey milləti cəhalətə vadar edən axund,
Hor dürlü fərqü ocze giriftar edən axund.
Yox bir açıq dilim sənə mən eyləyim əyan,
Ta sən qanmca qalmayacaq milletimdə can,
İnsafə gəl, mürüwət elə, rəhm qıl, aırıan!
Millətdə yoxdu bunca bu zillətlərə təvan,
Ey mənbəri-peyğəmbəri murdar edən axund,
Ey millətin işıq gözünü tar edən axund.
Həmçinin bax
- “Molla Nəsrəddin", 15 noyabr 1909, N46
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət