Slimfit
  1. ƏDƏBİYYAT

Əlimədəd Abdullahzadə - "Əkinçi", 29 mart 1876, №6/Məktubat

Əlimədəd Abdullahzadə - "Əkinçi", 29 mart 1876, №6/Məktubat
Sakura

Əlimədəd Abdullahzadə - "Əkinçi", 29 mart 1876, №6/Məktubat

8-c i f ə s i l. Keçən fəsildə və’də elədiyimiz mətləb tul əncam idi və mənzur bu idi ki, ondan sonra mə'niyi-Ģəriətdə və xəzanədə danıĢıb, ta əvvəlinci fəsildə zikr olan məvanei bəyan edək. Vəli bu mətləb özü də məvane peyda edib, qaldı. Behər təqdir əz-cümleyi ülumi-kəmaliyyə ülumi-ziraətdir və ziraət həmin arpa, buğda deyil. Hər bir Ģey ki, yerdən əmələ gəlir ziraətə daxildir. Məsələn, ipək baraması.

12 ildir ki, Qafqaz, Gilan və Mazandaran yerlərində barama olmur. Ona binaən xalq pəriĢan olub. Ələlxüsus Gilan əhli ki, onların naləsi aləmi tutub. Zarelər və tüccarlar əldən düĢüb. Hərgah bizim əhldə ülumi-ziraət olseydi, bu ərzimüddətdə elm üzündən ya onun çarəsin tapmıĢdılar, ya imtahanat və təcrübat ilə bir qeyr ziraət əmələ gətirərdilər. Məsələn, qənd xalq üçün xörək olub xah qəni, xah fəqir və bu qədər qənd ki, məmaliki-Ġrana gəlib əvəzinə pul gedir, hamısı Firəngistanın bir quberniyasında əmələ gəlir ki, Marsel olsun, beibarəti-müsəlmani bir valiniĢin yerdir və çuğundur, yəni zılx suyundan qayırırlar. Bebin təfavüti rəh əz kücast ta bekuca 96 . Onlar çuğundur suyun belə əmələ gətirirlər, amma Mazandaran mahalında neyi-Ģəkərdən bir zad qayırırlar ki, adam onun rəngbuyindən birəğbət olur. Gər gəda kahil bəvəd təqsiri-sahibxanə çist?97 Pəs bə'd əz on ki, elm olmadı əməlin təqsiri nədir? Əməl mövqufdur əməl edənin elminə. Əgər onların elmi olaydı onun çarəsin edərdilər ki, qənd öz məmləkətlərində əmələ gəlsin. Həm xalqa güzəran yolu açardı, həm bu qədər pul məmləkəti-xariciyə getməz idi. Ġldə nə qədər hər adamın xərcinə təfavüt edərdi və ticarət əmri də rövnəq tapardı. Məsələn, bu halda firəng qəndi Badkubədə 5 manat və rus qəndi 8 manatdır. Firəng qəndinin hər puduna 3 manat 20 qəpik gömrük məsarifi olduğuna Qafqaz vilayətində firəng qəndi sərf etmir, amma Ġrana aparmağa rus qəndi sərf etmədiyinə, firəng qəndi aparırlar. Əlbəttə, Firəngistanda 2 manat yanmadır ki, Badkubəyə gətirib 5 manata satırlar. Pəs Firəngistanda hər bir mə’kulatın bahalığı ilə və əməlinin icrətinin ziyadəliyi ilə, məsələn, 2 manat yarım olanda, əlbəttə, fabrika sahibləri genə nəf edirlər. Pəs bizim yerlərdə mə’kulat və əmələ ucuz olduğuna gərək dəxi qənd ucuzraq əmələ gələ. Bunlar təfəkkür istər.

C a v a b. Filankəs, guya sənin xəbərin yoxdur ki, Mazandaranın BarfərĢ Ģəhərində qənd fabrikası bina elədilər, amma zərərinə binaən mövquf oldu. Bəli, yaxĢı xəbərim var ki, onun mübaĢiri əvvəl Hacı Mirzə Məhəmməd Bərrar taciri- Təbrizi və sonra Hacı Yə’qub taciri-KaĢani idi. Onun mövquf olmağına necə səbəb oldu ki, onların birisi aləmi xərab edər, əz on cümlə təkəbbür və nəxvət, bihesablıq və xəyanət, israf və təbzir. Hər kəs o əməli özü üçün mədaxil yolu bilib öz tərəfinə əxzü cərr etməyə məĢğul oldu, belədə əlbəttə, iĢ əncanı tapmaz.

Tovfiri-əməl budur ki, elm əhli əməli əncama yetirib ondan nəf bərdar olur, amma əhli-eli olmayan əmələ qarıĢmamıĢ əxzü cərr fikrində olub, əməli puç edir və özü də nəf dən qalıb biabru və sərgərdan olur.

Ey qardaĢlar, cəm olun elmə və sədaqətə, ta abad olasız, qaçın nəxvət və israfdan, xəyanət və bihesablıqdan, ta xərab olmayasız. Gələn fəsil sənaətdən ərz olacaq.

Əhsənül-Qəvaid

  • * *

Badkubəli molla elmi-əbdan bəhsində mətləbi-rabe’i belə bəyan edib: ərbabi-mə'rifət külli millətlər Məhəmmədül-mustafa peyğəmbərin sahibrə'yi-kamil olduğuna bahis deyillər ilaxirə.

Əvvələn, o Ģəxsi-sail həzrətin rə'yi-kamil olduğuna heç bir növ Ģəkk eləməz, bəlkə bu sualına binaən məqami-təsdiqdə olduğun ibraz edər. Əgər soruĢsa ki, mən nə vaxt cənab peyğəmbər haqqında izhari-süstrəylik elədim ki, siz onun kamalın isbat etmək istəyirsiniz - cavabı nədir?

Saniyən, Ģəxsi-əvam əgər filməsəl, alim sözün anlamaya, ya xeyr, alim öz elminə əməl etməyə, əvvəlinci halda alimin və ikinci surətdə elmin nəqsi nədir? Kütübi-Ģəriət ki, Qurani-məcidin Ģərhində müdəvvindir ehkami-ticarət və adabi-qəzavət və qeyr həm ki, bəyan olunubdur. Pəs cəmi nüqati-aləmdə islam ticarətinin səbəbi-tənəzzülü gərək nə olmuĢ ola. Qazilərin dürüst kirdarlığı öz insaflarına mühəvvəl olub. Ol xüsusda danıĢmaq bizlərə təklif deyil. Rabiən əgər əhli-islamın Ģəriəti mücərrəd adət təməi-behiĢt və xoficəhənnəmə müxtəs olseydi, belə irad gətirmək məhz xilaf olardı və ona cavab bundan artıq ki, bizim ehkami-Ģəriətimiz belədir və Ģare’i-müqəddəs bizlərə belə hökm edibdir, bir Ģey lazım gəlməzdi və heç bundan mö'təbər cavab yox idi. Pəs sailin mənzuru oldur ki, bu vüs’əti-Ģəriətlə müsəlmanların qeyr tayfalardan geri qalmağına səbəb gərək nə olsun?

Baqisi yazılacaq.

  • * *

Petrovski və Teymurxan-ġura Dağıstan mahalında təzə bina olunmuĢ Ģəhərlərdən hesab olunurlar və hər iki Ģəhərin dadistədi mövqufdur əsgər əhlinə. Petrovskinin xoĢməkanlığı ki, Ģərqi və Ģimali dərya, qərbi və cənubi səmti dağdır, bir havayi-məxsus vüs’əti-nəfəs üçün onda istiĢmam olur ki, bədənin və ruhun yüngül olmağına səbəb olur.

Ətrafın əyanı və əĢrafı dərya suyuna çimməyə, qımıs, yəni at südü içməyə, Rusiya tərəfindən üzüm yeməyə buraya cəm olurlar.

Hər gün günortadan sonra əyan-əĢraf Ģəhərin milli bağında nücəba üçün bina olan evdə rəqsə və təfrihi-damağa məĢğul olurlar və dövləti muzıkaçılar hər gün camaatın xoĢvaxtlığına məĢğul olurlar.

Keçən yay Dağıstan nücəbasından Avar xanının bikəsi ġamxalın qızı öz mütəəlliqələri ilə ki, neçə nəfər Dağıstan uyezdlərinin xatunlarından idilər, hər gün bağa səyahətə çıxıb, camaatın nəzərində həddən artıq cilvələri var idi.

Petrovskinin iki verstliyində bir palçıq vardır ki, bəzi naxoĢ üçün onun içində yatmağı həkimlər caiz bilirlər, amma Dağıstan əhli adət üzərilə xah naxoĢ, ya qeyri-naxoĢ ola, 10-15 köç və külfət ünas və zükur hər gün qız və gəlin faxir libaslar geyinib, Petrovskinin baĢ küçəsindən düĢüb, saz və nağara çala-çala rəqs və toy ilə dəstə-dəstə zikr olan palçıq tərəfə gedirlər.

Petrovskinin 14 verstliyində isti su var ki, Dağıstan əhli o suda yatmağa çox gedib və mənfəətin iğraqi-tərif edər.

ġəhər əhlinin çoxu qulluq və əsgər əhlidir, tacir və sövdagər Ģəhər əhlindən çox azdır. Bilcümlə dadistəd edənləri Qafqaz və Ġran xalqıdırlar. Onların bəzisi Dağıstan qızları alıb və xatunların öz adətləri ilə çadırĢəbə büründürürlər.

Baqisi yazılacaq.

Heydəri

  • * *

D ə r b ə n d d ə n . Bizim Ģəhərin xalqı ya tüccarlıq, ya sənətkarlıq və ya fəhləlik ilə güzəran edir. Ticarət əhlinin əvvəldən də tanqahi cüzvi olub. Onlar Rusiyadan mal gətirib onun bir hissəsini nəqdə və birisini nisyə satıb, nəqdini boyağa xərcləyib, mizanda ki, iyul ayı olsun, öz boyağını və nisyədən hasil olan boyağı cəm edib, Rusiyaya aparıb füruĢ edib edib mal gətirirdi. 3 ildir ki, nisyə xalqın üstə qalıb və nəqdi ki, boyaq idi qiymətdən düĢüb. Ona binaən alıĢ-veriĢ bilmərrə yatıb. Onların çoxu dükanların bağlayıb və bəzi bir çotgə və özü qalıb, bilmir nə eləsin. Ġndi hər bir adam gərək təzədən dadistəd binasın qoysun, amma tanqahsız heç bir iĢ etmək mümkün deyil. Belədə camaat birləĢib bang bina etsəydi, fəqir-füqəranın əlindən tutub onlara kömək edərdi. Amma çifayda bizim adam hər kəs öz baĢının fikrində olub, camaat üçün nəf verən iĢlərdən bir tədbir və məsləhət eləmək əsla xəyallarına gəlmir. Pəs yaxĢı olurdu ki, böyük olan hakimlər bizim Ģəhərdə bang təyin etmək səyində olaydılar ki, bizim tüccarlar bang köməyi ilə təzə dadistəd baĢlaya bilsinlər.

  • * *

Dərbənddə təzə ildən miravoy sud bina olunub. Əgərçi boyaq dadistədinin ərizəçiliyi bilmərrə orada yoxdur, amma onunla belə ərizəçinin çoxluğundan cənab sudya təngə gəlib.

ġəhərimizin buçağacan nataryusu yoxdur, ona binaən çox məəttəllik çəkirik.

Əlimədəd Abdullazadə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR