Slimfit
  1. ƏDƏBİYYAT

Əlimədəd Abdullahzadə - "Əkinçi", 27 may 1876, №10/Məktubat

Əlimədəd Abdullahzadə - "Əkinçi", 27 may 1876, №10/Məktubat
Sakura

Əlimədəd Abdullahzadə - "Əkinçi", 27 may 1876, №10/Məktubat

Baharın əvvəlindən ta 22 şəhrhal rəbiüssani bizim Dağıstan ətrafına yağış düşmədiyinə binaən, ğəllə və taxıl tərəqqiyə üz qoymuşdu. Maldarlar ələf çox bitmədiyinə binaən öz mallarını satmaqda idilər. Amma tarixi-məzburda Allahın rəhməti nazil olub. Yağış gəlməyi ilə ümid olunur ki, əkin və ziraət əgər artıq yaxşı olmasa, yaman da olmayacaq.

Bu il cənab naçalniki-oblast knyaz Məlikovun dəsturül-əməlilə Qoysu çayından bir böyük arx gətirib və 20 verst kimi suyu aparıblar. Payız su Petrovskinin ətrafına gələcək və gələn il Petrovski ilə Tarxunun aralığından keçib Minas uzunu deyən arx ilə dənizə töküləcəkdir. Zikr olunan arxın tuli 70 verst olacaq və təxminən 300 verst gəzandər-gəz (kvadratın), yəni 40000 desyatin ki, bu vaxta kimi boş və bifayda yerlər idi, məzrəə olub, hasil əmələ gələcək. Cənab-hakimi-oblastın bu ətrafı abad eləmək səyirri zeyldə zikr olan asarixeyirdən qiyas etmək olur.

1) ġura və Petrovski poçt yollarının şossesi (daş yolu),

2) ġura ətrafının bağları. Bir neçə il bundan sabiq qoxumuş sular dayanıb, kəsafət havaya bais olurdu, amma indi o yerlərdə xalq bulaqlar başında və ağaclar kölgəsində istirahət edirlər.

3) Fövqdə zikr olunan arx, 32 para dəhat əhlinin ki, 2784 ocaq hesab olunur, xoşbəxtliyinə və quraqlıqdan xilas olmaqlarına bais olur. Petrovski bargahının dürüst olmağı. Poçt yollarının düzlənməyi. Teleqraf cədvəlinin çəklənməyi. Dağıstan məmalikinin əmnü aman olmağı. Xalqın bəylər hökumətindən istixlası. Teymurxan-ġuranın progimnaziyası. Məhkəmeyi-ədliyyə bina olunması və bunlardan savayı asari-xeyirlər müəzzəmileyhi-məzkur müddətihökumətində əmələ gəlib.

Teymurxan-ġura naçalniki-oblastın məhəlli-iqamət və hökumətidir. Ətraf və həvalisinə nisbət ki, xalqın kəsrəti-icmasına bais olur, ticarət və dadistəd əhli və qoşun camaatı Dağıstan ətrafında olan qalalardan bu şəhərdə artıqdır. Rusiya, Ġran, Qafqaziya əhlindən neçə tacirimö'təbər bu şəhərdə ticarət edir və ticarət əmrinin rövnəqi qeyri şəhərlərə nisbət bilmüzaəf görünür. Əsgərlərdən başqa şəhərin dörd qismətindən bir qisməti rus milləti və üç qismi Ġran və Qafqaziya əhlindəndir. Yekşənbə günləri cəmiyyəti-kəsir zükur və ünas xəlaiqi ətrafdan cəm olub ənvaəqsam mə’kulat gətirib satıllar. Bilcümlə Dağıstan xalqının ünas tayfası sövdə eləməkdə zükur qismətindən səriştəsi artıqdır. Cəmi ev tədarükün, hətta onun məlbusatın xatunu sövdə edib, bazardan alır. Mə’kulatdan savayı bəzi vaxtlar Qazıqumuk vilayətindən ənva yun şallar və Kopçi mahalından gümüş və qızıl ilə ziynət verilmiş tüfəng, yaraq, ġuranın ətrafında qayrılan şişkə və xəncər tiğələri çox olur. Teymurxan-ġuranın ab-havası yay fəslində o qədər səlamət deyil. Meyvəcatdan üzümü yaxşı olmaz, amma ağac yemişi ki, nemsələr bağında əmələ gəlir və özgə məmləkətlərin yaxşı yemişlərindən götürüb peyvənd ediblər, qeyri yerlərin yemişindən nəhayətdə yaxşı və mümtazdır. Qafqaziya və Ġran müsəlmanlarının çoxları evlənib əhlü əyalları var. Bilcümlə Dağıstan məmləkətinin ünas tayfası qeyri vilayətlər əhlinə müzavicət eləməyə meyli-məxsusları var.

Heydəri

  • * *

F ə s i l 12. Ticarət, əgərçi nəzərə asan gəlir, amma elm istər. Əqli-külli buyurur: ya mə’şərət-tüccar əlfiqhü sümmə mətcər 124 . Elmi-ticarətdə ziyadə mülahizə və təcrübat lazımdır. Hər Hafiz kitabına ya münəccim saatına baxanda dadistəd edənlərə əgərçi tacir deyirlər, amma onların ticarəti kor-koranədir ki, təqlidi-xəridfüruş etməkdən gah nəf, gah zərər edirlər. Bəzi kəslər ki, nəzərdə çox nadandır, nadir ticarətdən tənxahi-külli cəm edir, amma bə'zi ki zirəkdir, ziyan edir. Xalq deyir ki, Allah ona verdi, buna vermədi. Ay qardaş, Allah əf ali-dünya üçün bir qayda qoyub və hər şeyə bir təqaza və bir xasiyyət verib ki, o xasiyyəti ondan almaz. Məsələn, atəşin təqazası yandırmaqdır, o xasiyyət daim ondan büruz edər. Bir dəfə həzrət Ġbrahimxəlili yandırmadığına atəş xasiyyətdən düşməyibdir. Pəs insan bilxassə möhtacdır məişətə. Belə ki, Qurani-məcid buyurur: Nəhnü qəddərna məişətəhüm fil-həyatid dünya125. Ġnsan məişətə labüddür, amma təriqeyiməişətdə muxtardır. Elm yolu ilə məişət edən tərəqqi edər, elmsiz tərəqqi tapmaz, xarab olur. Qərəz, insanın təriqeyi-məişətdə faili-muxtar olmağına ayati-əhadis o qədərdir ki, bu yerdə küncayiş olmaz. Əgər şəxs təfəkkür ilə bizim və sair millətlərin ticarətinə mütəvəcceh olsa, vazeh olur ki, onlar elm ilə ticarət etdiyinə külli-nəflər götürürlər. Məsələn, böyük şərakətlər və kompaniyalar bina edib külli dadistədlər edərlər, buxar gəmiləri və qeyrə saxlarlar, maşınlar bina edərlər və bu işlərdə 100 və ya 500 şərik olur, tənxahları bitəfavüt, amma işləri elə müntəzəm olur ki, şəriklərdən əgər biri xaric ola ya bir özgəsi daxil ola, heç niza və məəttəlçilik olmaz. Amma bizdə elm və nəzm olmadığına, əgər bir əmələ 2 ya 5 nəfər şərik ola, bir il şərakətlik və bir neçə il dava edərlər və bəzi vaxtda dava varisdən varisə qalar. Bizim Badkubədə bir neçə buxar gəmisi şərakət ilə alıb, 2 il dava ilə işlədib, sonra gəmi bağlanıb, davaları divanxanalarda uzun gedir. Baqisi fəsli-digər.

Əhsənül-Qəvaid

  • * *

Dağıstanın Xunzaq mahalında bir qoca kişi 5 gün piyada gəlib Dərbəndin 6 verstliyində əyləşib rahat olan vaxtda iki nəfər birəhm adam onun çuxasın, papağın, çarığın və əsasın alıb qaçıblar. Fəqir kişi başıaçıq, ayaqyalın gəlib Dərbəndə çıxdı. Onun 120 sinni var, amma özü hələ zirəkdir və ağzında 4 dişi var.

Dərbənddə natarius təyin olandan bəri çox adam tələbkardan fərağat olmaqdan ötrü və əmniyyəsini (malını) övrətlərinin ya qeyri kəslərin adına yazdırır.

Hərçənd tələbkarlarda həm insaf yoxdur, amma qorxuram ol kəslər bir tərəfə qərzdar qalmasınlar və o biri tərəf fərağətlik ilə malı yesinlər. Mayın 7-də 5 saat yağış yağıb, ziraətlərə ziyadə nəf yetirdi, xəlaiqi şad elədi. Amma 2 gün sonra bir bərk yel əsdi ki, küçə-bazarda durmaq mümkün olmadı və çox zərər elədi, üzüm və qeyri meyvə ağaclarının yemişini töküb bostanları, səbziyatı bilmərrə tələf edib. Deyirlər ziraətə həm zərər olubmuş. Amma zikr olan tufandan iki gün sonra bərk yağış yağdı. Ümidvarıq ki, ziraətə xeyir eləsin. Təxminən zikr olan yeldən 15 min manatacan zərər olub.

Məhbus Dərbəndi

  • * *

Teymurxan-ġuradan rəbiüssaninin 24-dən yazırlar: novruz bayramından indiyəcən bir qətrə yağış yağmadığına ziyadə quraqlıq idi. Amma indi bərk yağış yağır. Ümidvarıq ki, əkin, ziraət yaxşı olsun. Cümə günü axşam saat 12-də knyaz Məlikovun mütərcimi Əbdülqahir bəyin evinə yanğı düşüb onu yandırıb, bilmərrə tələf elədi. Yanğından xilas olan şeylərin bəzini saldatlar və qeyri kəslər oğurlayıblar. Zərərin qədəri 4000 manatdan ziyadədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR