Əlilliyin qiymətləndirilməsinə dair yeni meyarların gələn ilin əvvəlindən tətbiqi gözlənilir
Əlilliyin qiymətləndirilməsinə dair hazırlanmış yeni meyarların təsdiqi ilə bağlı cari ildə müvafiq qanunvericiliyin qəbulu nəzərdə tutulur. Gələn ilin əvvəlindən isə həmin yeni meyarların tətbiqinə başlanması gözlənilir.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müsahibəsi zamanı bildirib.
Nazir əlilliyin qiymətləndirilməsinə dair yeni meyarların Ümumdünya Səhiyyə Təşkilatı və Avropa ölkələrinin standartları əsasında hazırlandığını deyib. O qeyd edib ki, bununla əlaqədar xəstəliklərin insan orqanizminin funksiyalarında, özünəqulluq və fəaliyyət qabiliyyətində hansı dərəcədə məhdudiyyətlər yaratması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinin işçi qrupları tərəfindən geniş araşdırmalar aparılıb.
Əlilliyin qiymətləndirilməsi ilə bağlı yeni meyarların hazırlanması və tətbiqi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya və əmək fəaliyyətinə davam etmək imkanlarının artırılmasına xidmət edir. Yeni meyarlar əlilliyin orqanizmin öz funksiyalarını itirməsinin, fəaliyyət qabiliyyətinin məhdudlaşmasnın faiz qiymətləndirməsi əsasında təyin olunmasını nəzərdə tutur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət