Slimfit
  1. CƏMİYYƏT

Əlilliyi olan şəxslərin məşğulluq problemi diqqət mərkəzindədir

Əlilliyi olan şəxslərin məşğulluq problemi diqqət mərkəzindədir
Sakura

Əlilliyi olan şəxslərin məşğulluq problemi diqqət mərkəzindədir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "BP-British Council"ın birgə layihəsi olan "Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı"nın ikinci mərhələsi çərçivəsində iştirakçıların təliminə başlanılıb. Nazirlikdən verilən məlumata görə, proqramın ikinci mərhələsi üzrə təlimlərə Bakı şəhərindən 100 nəfər əlilliyi olan şəxs cəlb olunub. Onlara qruplar şəklində ingilis dili, kompüter bacarıqları öyrədiləcək, psixoloji konsultasiya aparılacaq, xüsusi iş sahələri üzrə menecerlərin hazırlanması məqsədilə təlimlər keçiləcək.

Təlimləri uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcək. Müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflərin və biznes müəssisələrinin də tərəfdaş qismində proqramda iştirakı təmin olunacaq.

Proqram əlilliyi olan şəxslərin məşğulluq imkanlarının inkişaf etdirilməsinə və əmək bazarına çıxışının dəstəklənməsinə xidmət edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR