Slimfit
  1. SİYASƏT

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dair 14 sənədə dəyişiklik təklif edilib

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dair 14 sənədə dəyişiklik təklif edilib
Sakura

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dair 14 sənədə dəyişiklik təklif edilib

Bu gün Milli  Məclisin İctimai  birliklər  və dini qurumlar komitəsinin  növbəti iclası  keçirilib.

Ens.az xəbər verir ki, Milli Məclisin  Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Milli Məclis  Sədrinin müavini, komitə  sədri Fəzail İbrahimli  müzakirəyə təqdim edilən məsələ barədə məlumat verib.

Vurğulanıb ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Veteranlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Torpaq islahatı haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” qanunlara  - bütövlükdə 14  sənədə  təklif  edilən dəyişiklik 2018-ci il 31  may  tarixli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun icrası ilə əlaqədardır.  Təklif  olunan dəyişikliklər  ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olmaqla, bu sahədə mütərəqqi dünya təcrübəsinə əsaslanır. Yuxarıda  adı çəkilən  qanuna uyğun olaraq  sözügedən sənədlərdə mövcud olan bir sıra terminlər dəqiqləşdirilib.

İclasda  çıxış edən komitə  üzvləri  Sahıb Alıyev, Cavanşir Paşazadə, Anar İsgəndərov,  Sevinc  Fətəliyeva, Malik Həsənov, Azər  Badamov, Ceyhun Məmmədov,  İqtisadi və sosial qanunvericilik şöbəsinin sektor  müdiri Adil Vəliyev təklif  edilən  dəyişikliklərin ölkəmizdə əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinə yönəldiyini  diqqətə  çatdırıblar.

İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə  edilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR