Slimfit
  1. AZƏRBAYCAN

Əlilliyi olan şəxslər üçün 10 yeni peşə-sosial reabilitasiya mərkəzi yaradılacaq

Əlilliyi olan şəxslər üçün 10 yeni peşə-sosial reabilitasiya mərkəzi yaradılacaq
Sakura

Əlilliyi olan şəxslər üçün 10 yeni peşə-sosial reabilitasiya mərkəzi yaradılacaq

Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” bu il iyunun 1-də verdiyi Sərəncam əlilliyi olan şəxslərin peşə-sosial reabilitasiya imkanlarının artırılması sahəsində də mühüm addımların atılmasına şərait yaradıb. Sərəncamın icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri üzrə əlilliyi olan şəxslər üçün 10 yeni peşə-sosial reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulur.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzlərdə həmin kateqoriyadan olan vətəndaşların peşə-əmək reabilitasiyası, onların yeni peşə bacarıqlarına yiyələnmələri, özünüməşğulluğunun, əmək bazarına çıxışının dəstəklənməsi, habelə cəmiyyətə fəal inteqrasiya imkanlarına malik olmalarına şərait yaradılması istiqamətində işlər aparılacaq.

Hazırda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Müasir tələblərə uyğun şəraitin yaradıldığı Mərkəzdə müxtəlif peşələrlə yanaşı, tətbiqi sənət növləri üzrə kurslar da fəaliyyət göstərir. Burada gənclərin sosial reabilitasiyasına, onlarda özünə, öz bacarığına güclü inam hissinin formalaşmasına, yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılmasına yönəlik ardıcıl işlər aparılır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR