Slimfit
  1. CƏMİYYƏT

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanır

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanır
Sakura

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu ay ərzində əlilliyə görə pensiya təyinatının da elektron sistem üzərindən həyata keçirilməsinə başlamağı planlaşdırır.

Nazirlikdən ONA-ya verilən məlumata görə, bunun üçün müvafiq avtomatlaşdırılmış infrastrukturun hazırlanması işləri artıq yekunlaşır.

Yaşa görə pensiya təyinatı kimi, əlilliyə görə pensiya təyinatı da heç bir yerə müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin olunacaq. Əlillik təyin olunmuş şəxsin pensiya hüququ yarandıqda, ona həmin gün ərzində elektron qaydada pensiya təyin edilməklə bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) “sms”, e-mail və ya rəsmi məktubla məlumat veriləcək. Nəticədə əliliyə görə pensiya təyinatında da vətəndaş-məmur təması tam aradan qalxacaq. Şəffaf və çevik pensiya təyinatı təmin edilməklə, vətəndaş məmnunluğu artacaq.

Qeyd edək ki, pensiya təminatı sistemi 1 milyon 300 min nəfəri əhatə edir ki, onlardan 58,3 faizi yaşa görə, 11,6 faizi ailə başçısını itirməyə görə, 30,1 faizi isə əlilliyə görə pensiya alanlardır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR