Slimfit
  1. MARAQLI

Əlil arabasındakı gözəllik kraliçasının hekayəsi

Əlil arabasındakı gözəllik kraliçasının hekayəsi
Sakura

Əlil arabasındakı gözəllik kraliçasının hekayəsi

Bəzən bizə elə gəlir ki, bəxtimiz gətirməyib. Bəziləri hər xırda acı xəbəri mikroskop altında baxır, digərləri isə çətinliyə düşəndə özü üçün yeni imkanlar açaraq dünyaya gülümsəyərək baxır. Əlil arabasındakı gözəllik kraliçası İrina Petrovskaya kimi.

İrinanın çoxlu istedadı var: o marafonda üç dəfə mükafatlı yerlər tutub, 20120-ci ildə gözəllik müsabiqəsində qran-pri mükafatı alıb və qılıncoynatma ilə məşğuldur. O həm də yerə ayağını basmayaraq rəqs edir. Sözün həqiqi mənasında. Axı İrina əlil arabasına məhkumdur. Petrovskayanın hobbiləri sırasında xüsusi yeri atlar tutur. Təəssüf ki, məhz bu qəşəng heyvanlar qızın həyatını faciəvi dəyişib. 9 il əvvəl onu at yerə atdı. İrina uğursuz yerə düşdü, bu zaman kürəyini zədələdi. Petrovskayanın ayaqları kəsilsə də o ümidini itirmədi. Uğursuz reabilitasiya kursundan sonra İrina taleyin zərbəsinin qarşısında durmağa güc tapdı. O da ona sevgi bəxş etdi. Sanatoriyada qız öz sevgisi Viktor Karpovla görüşdü.

Cütlük nəinki aktiv olaraq idman və rəqslə məşğul olur, həmçinin digər əlillərə də kömək edir. Əlillər cəmiyyətlərində iştirak edərək İrina və Viktor məhdud imkanlı insanların problemlərinə diqqəti cəlb etməyə çalışırlar. Təəssüf ki, onları nadir hallarda nəzərə alırlar.Bizim üçün adi olan hərəkət və əşyalar – dar lift, şəhər nəqliyyatında gediş, barmaqların olmaması, kinoteatra gediş – bəziləri üçün ağır işgəncə olur. Bu səbəbdən əlillərin çoxu öz evlərinə təhkim olunmaq məcburiyyətindədirlər. Öz bədəninin əsiri olaraq əlillər şəhərin düşünülməmiş sisteminin məhumlarına çevrilirlər. Hər gün İrina sübut edir ki, əlillər həyatdan tam həcmdə zövq ala bilir. Çoxları heç belə dolğun həyat yaşaya bilmirlər və bu qədər nailiyyət qazana bilmir. Düz deyirlər: bir qapı bağlananda, başqa qapı açılır. Bizdən də irəliyə doğru addımlamaq qalır.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR