Hacıyev Əlif Lətif oğlu - Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Əlif Hacıyev (tam adı: Əlif Lətif oğlu Hacıyev; d. 24 iyun 1953, Xocalı, Azərbaycan SSR, SSRİ – ö. 25 fevral 1992, Xocalı, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Erkən illəri
Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində doğulmuşdur. O, ailənin üçüncü övladı idi.Uşaqlıqdan çörək qazanardı və balıq tutardı.
1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan təxris olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974-1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.
DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışmışdır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum etmişdilər. Ermənilər onun sırıqlısının cibinə saxta pul qoyaraq, əməliyyat qrupu təşkil edib öz kabinetində həbs etdirdilər. Cəzasını çəkmək üçün Rusiyanın Nijni Tagil şəhərinə göndərilmişdir. 1987-ci ildə onun işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. O, 1989-cu ilin fevral ayının 20-də azadlığa çıxdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət