Slimfit
  1. ƏDƏBİYYAT

Əliağa Vahid - Xəcil etmiş üzün, gözəl, qəməri

Əliağa Vahid - Xəcil etmiş üzün, gözəl, qəməri
Sakura

Əliağa Vahid - Xəcil etmiş üzün, gözəl, qəməri

Xəcil etmiş üzün, gözəl, qəməri,
Dodağın saldı qədirdən şəkəri.

Nazını ordusu edəndə hücum,
Qaçdı əqlimin keşikçiləri.

Yetişib, döydü könlümün qapısın,
Qapını qırdı tutdu ol şəhəri.

Mən kədərdən şikəstə xatir idim,
Olmuş indi eşq dərbədəri.

Elə ox vurdu kirpiyini sinəmə,
Ki, o ox tikdi sinəmə ciyəri.

Gözləmə naməni göyərçindən,
Çünki sınmış onun da balü pəri.

Sənə dastan yazırdı Xaqani,
Qələmi sındı bitməmiş əsəri.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR