Slimfit
  1. ƏDƏBİYYAT

Əliağa Vahid - Qəlbim kimi odludur dəhanım

Əliağa Vahid - Qəlbim kimi odludur dəhanım
Sakura

Əliağa Vahid - Qəlbim kimi odludur dəhanım

Qəlbim kimi odludur dəhanım,
Çəkməz, odur, ismini zəbanım,

Səbrim kimi, qorxuram ki, yansın,
Ağzımda adın, əzizi-canım!

Fəryad elədim, ürək odundan,
Ağzımda alışdı öz fəğanım.

Kəsdi başım üstünü kədər, qəm
Alçaldı bu cismi natəvanım.

Mən torpağam,yüngüləm küləkdən,
Ağır gəmiyəm, dəmir sükanım.

Ağırlığım olmasaydı hərgah,
Ahımdan olardı göy məkanım.

Qaspax necə ayrılar dəmirdənAyrıldı
həmişəlik rəvanım.

Mən təşnəyəm it qapandan artıq,
Yoxdur bir içim suya gümanım.

Su almaq olarmı özgələrdən?
Müftə od əsirgəyir zamanım*.

Səndən iraq, öylə xəstəyəm ki,
Vəslin kimi qalmayıb nişanım.

Bir şairəm, el bilir yayılmış,
Hər ölkəyə şöhrətimlə şanım.

Xaqani, elə dəyişmişəm ki,
Yoxmuş, deyəsən, nə ad, nə sanım!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR