Slimfit
  1. ƏDƏBİYYAT

Əliağa Vahid - Könlüm çıxıb gedibdir, bilməm nə cur bəla var

Əliağa Vahid - Könlüm çıxıb gedibdir, bilməm nə cur bəla var
Sakura

Əliağa Vahid - Könlüm çıxıb gedibdir, bilməm nə cur bəla var

Könlüm çıxıb gedibdir, bilməm nə cur bəla var,
Mən ki, əziz tutardim, bəs bunda nə qəza var?

Zənmim çatan məkandan sordum, soragın etdim,
Əldən düsüb, yoruldum, bu yolda çox cəfa var.

Hey axtarıb, soruşdum, bir tapmadım nişanə,
Ya rəbb, onun başinda nə gizli macəra var?

Etdim güman ki, bəlkə qaçmışdım- eşq əlindən,
Eşqə düşüb o, yoxsa zənmimdə bir xəta var?

Suymuş məgər çəkildi, torpaga hopdu, getdi.
Ya quş olub o uçdu, başında nə hava var?

Üç gün soragın etdim, car çəkdim hər tərəfdə,
Ondan bu həndəvərdə nə sovt, nə səda var.

Kimdir xəbər verən bir yorgun, qərib urəkdən?
Aya, bu darda axir bir dəva, bir dava var?

Dil açdi bir usaq ki, Xaqani, olma qəmgin!
Bir afətin telində bir qəlbi mübtəla var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR