Dərc edildi: Baxış sayı: 749
Əliabbas Müznib - Mərsiyəxan deyir
A qəzetçi, de görüm: Molla filanam, səne nə?
Mey içən, bəng çəkən, gündə piyanam, sənə ne?
Kimdir ol təyin eden üstümə qəyyum səni?
Tasquranəm, sənə nə, falabaxanam, sənə nə?
Dut ki, hər gün gedərəm Reştdə həmmamə gece,
Maladoy dellək üçün dam quranam, sənə nə?
Eylə bil sağ ili toylarda edərdim lotuluq,
Gəlcəyin mahi-əza mərsiyəxanam, sənə nə?
Bircə fikr et ki, bəşərzadə deyil mərsiyəxan?
Nəfsi-əmmarə' əlində həmədanam2, sənə ne?
İndi ki, milləti-islam sevirmiş yalanı,
Təpədən-dımağacan kizbü yalanam, sene nə?
Bəs qoyur Mirze Həsən nımkanı əmmaməsinə,
Dinməyirsən, deyirəm: gündə piyanam, səne nə!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət