Slimfit
  1. ƏDƏBİYYAT

Əliabbas Müznib - Fəryad

Əliabbas Müznib - Fəryad
Sakura

Əliabbas Müznib - Fəryad

Vətən bərbad olub getmiş cəfavü cöhr ilə badə.
Qalıb heyrətdə aləmlər bu ahə, boylə fəryadə.
Vətən süngülər üstündə, əsir olmuşdur övladı,
Vurulmuş azərilər boynuna atəşli qəlladə.
Vətəndə daşnaq ilə bolşeviklər əlbir olmuşlar,
Qınrlar ölkənin aşiqlərin dəryadə, səhradə.
ÇEKA-yla tribunallar etdiyi təqdirə gəlməzdir 
Qızıbdır gözləri, dönmüşdür onlar əsl səyyadə.
Dəmzlər do!u insan nəşiylə bir görən yoxmu? 
Şahidani-vətən fəryadıdır ol ərşi-əladə.
Nəcabət sahibi əl qoltucunda qalmış avarə,
Qul olmuşdur gəda oğlu gədayə şahü şahzadə. 
Atasından xəbərsiz tülkülər meydan sular, ya rəb! 
Belə günde Koroğlular, Ziyadxanlar gəlir yadə.
Qoyub vicdanını, narnusunu hərracə alçsqlar, 
Dönüblər hiyləgər cəlladə, bir quyruqlu həmzadə.
Həqiqət perdədə qalmaz, bunu isbat edib tarix, 
Nərimanlar, Qarayevlər qala bilməz bu sövdads.
Cahanda çox olub qan təşnəsi talan edib xelqi,
Və lakin görməmiş kimsə belə talan bu dünyadə, 
Bu zülmü, bu cəfanı seyr edən kəslər oxur rahmət, 
Yezidə, Şümrə, Firona, bəla timsalı Şeddade!
İşilə sözləri düz gəlməyən rəhbər adın alm;ş,
Atır Şərq ilə Qərbə əl cahangirlik təmənnads. 
Pyotr məqsədin gizlər, üzü əlvan, içi al qan 
Dilər sahib ola İstanbula, Tehrana, Bağdadə.
Əmin ol, ey millət, satan biara bivicdan,
Sizi qoymaz yedi-qüdrət bir öylə təxti-bəladə!
Gələr bir gün, yenə təmin-istiqlal edə millət, 
Görərsən nəşini itlər önündə xarü üftadə.
O şanlı günləri mən görməsəm də, ey cavan ntsiim, 
Olun təbrik üçün siz də mənim ruhumla amadəi 
Ümidi verməyin əldən, dözün, ey gözlərim nuri, 
Keçirsəz də bəlalı günləri tufanda, qovğadə.
Vətən həsrətilə göz yumub getsəm, salın yadə, 
Olarsa torpağım burda və yainki Sibiryadə!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR