Slimfit
  1. BİOQRAFİYA

Əliabbas Müznib

Əliabbas Müznib
Sakura

Əhmədov Əliabbas Mütəllib oğlu - şair, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin…

Əliabbas Müznib 1883-cü ildə Azərbaycanın Bakı şəhərində doğulmuşdur. İbtidai təhsilini mədrəsədə almış, ərəb-fars dillərini mükəmməl öyrənmişdir. "Zənbur" (1909-1910), "Səhabi saqib" (1911), "Babayi-Əmir" (1915-1916) və s. jurnalların nasiri və redaktoru kimi jurnalistlik fəaliyyəti ilə tanınmışdır.

"Yusif və Züleyxa" (1914), "Tiran rolu" (1917), "Nəsrəddin məzhəkələri" (1927), "Aşıq Pəri və müasirləri" (1928) və s. kitabların müəllifi olmuşdur. 1938-ci ildə Bakıda vəfat etmişdir.

 

Yaradıcılığı

1881-ci ildə Bakıda doğulub. Ədəbiyyatda Müznib təxəllüsü ilə tanınan müəllifin əsl adı və soyadı Əli Abbas Mütəllibzadədir.

Müznib də bir çox yazıçı və şair çağdaşları kimi ədəbiyyat və mətbuat aləminə 1905-ci ilin Rus qiyamından sonra gəlmiş və iti qələm, is-yankâr ruhu, milliyyətçi və Türkçü inancları ilə, qısa zamanda ədəbi dairələrdə böyük maraq toplamışdır. O, ilk əvvəl, mollaxanada təhsil almış, bir müddət də rus-tatar (Azərbaycan) məktəbində davam etmişdi. Fars və rus dillərin, Türk tarixinə və İslam kül-növünə dair geniş məlumatlarını şəxsi oxuma yolu ilə əldə etmiş və bu mövzularda dövrünün məlumatın şəxsiyyətindən biri kimi tanınmışdır.

İlk şeirlərini 1907-ci ildən başlayaraq "Təzə Həyat", "İttifaq", "Zənbur" kimi qəzet və jurnallarda nəşr etdirən Əliabbas Müznib, qısa bir müddət sonra, 1910-cu ildə "Hilal" adlı bir qəzeti nəşr etdirmiş; həddindən artıq tənqidçi ruhu və ifşaçılığı ilə diqqəti çəkən bu qəzetin ilk sayı hələ mət-buatda ikən müsadirə olunmuşdur. Buna səbəb, Müznib'in "Hökumət, ah bir insan yeyən qurd, nə pul qoyar nə bir yurd" misraları ilə başlayan şeiri olmuşdur. Rəsmi dairələrdən icazəsiz nəşr etdiyi ikinci sayda isə, Müznib milli gəncliyi, öz haqqını tələb etməməsi baxımından günahlandıraraq belə yazmışdır: "Namusu qatı, garet etməklə ka-zanmak olmaz, bəlkə hüquqi-vətən yolunda öl-mekle olar. Görürsünüz mü, ata babadan qalan torpağımız zalımın çoxluğundan bir taxta pul menasmda olmuş; bu gün səhər kark olmaqla məhv nabud olmadığımız dəxi mühekkek ol-muştur ... geyretli cavanlarımız; namuslu ol-madığınız biri birinizi öldürməklə olmaz, o bi-namusluğdur. Əlimizdən gedən ihtiyaratm istirdadına çalımaxla sübut olunabiler " . "Hilal" 1911-ci ilin ilk aylarında bağlanır. Şa-irin yayınlamağa başladığı "Şihab-sağıb" deyir-sinin də aqibəti eyni olar. 1911də Müznib hökumətə istiqamətli yazılarından ötəri, əvvəl qısa müddət üçün həbs olunar və günahlandırılar. Daha sonra isə, çar hökuməti tərəfindən ömür boyu Sibirə sürgün edilir.

Amma isyankar ruhlu şair, Sibirdə də yazmaqdan qalmaz. Burada yazmış olduğu şeirlərini Bakı matbuatında nəşr etdirir. 1913-cü ildə Romanovlar sülaləsinin qurulmasının 300 ili qeyd olunduğu sırada, Müznib də əfv olunaraq Bakıya qayıdır və yenidən mətbuat və nəşriyyat aləminə atılar. 1914-cü ilda böyük qardaşı Əbülfəz Mütəllibzâdənin adına "Dirilik" adlı bir məcmuə qurar. "Müsavat" partiyasının lideri, Azərbaycan Parlamentinin ilk başçısı Məmməd Əmin Rəsulzadənin "Milli dirilik" adlı ardıcıl yazıları ilk dəfə bu jurnalın sahifələrində nəşr olunmuşdur. Azərbaycanda türkçülüyün fikrinin yayılmasında, Müznib və onun "Dirilik" jurnalı ətrafına yığdığı ədəbi qüvvələr əhəmiyyətli rol oynamışdır. 1915-ci ildə Müznib bu jurnalın səhifələrində Rus imperatoru Deli Petronun Türk-Müsəlman düşmənliyi ilə dolu "Vasiyyef'ini nəşr etdikdən sonra, yenidən təkiblərə məruz qalar; az sonra da jurnal bağlanır. Daha sonra Müznib" Türkün səsi "adlı bir qəzet çıxartmaq fikrinə düşsə də, rəsmi dairələrdən lazım olan izini ala bilməz. 1913-1917 illəri arasında Müznib, milli yayım səhnəsində geniş bir şəkildə çalışır. Özgün əsərlərlə birlikdə Şərq və Qərb ədəbiyyatından tər-cümə edər. Öz əsərlərindən və tər-cümə ibarət olan onlarla kitab yayınlatır. Rus imperiyasının süqutundan sonra Müznib ədəbi və siyasi sahələrdə daha geniş fa-aliyet göstərir. 1919da yeni Azərbaycan Cumhuriyeti'inin Dövlət Marşını yazar. Respublikanın rəsmi nəşr orqanı olan "Azərbaycan" qəzetində Türklüyün tarixi və məsələləri üzərinə bir ardıcıl maqalalar nəşr etdirir.

 

Sovet rejimi dövründə

Sovet rejimi dövründə bir müddət 1920-1926 illəri arasında Müznib yenə mətbuatda çalışır. Amma, burada ona hər zaman millətçilik sahəsində köhnə yazdıqları xatırladılar və nəhayət, 1926-cı ilde, erkən yaşda təqaüdə ayrılmağa məcbur edilir. Türkçü və milliyyətçi olduğu üçün Müznib Sovet dövründə də, Çar dövründə olduğu kimi təzyiq və reaksiyalara məruz qalar.

Həyatının 20 ilini mətbuata vermiş Müznib, 1926-cı ildə 44 yaşında mətbuatdan ayrılır; siyasətdən tam uzaqlaşır və ədəbiyyat araşdırmacılığı ilə məşğul olur. 1927-1937 arasında, XIX-XX əsr. Azərbaycan ədəbiyyatı klassiklerinin əsərlərindən ibarət olan on kitab yayınlayır. Bütün bu əsərləri özü yığmış, on-lara geniş ön söz, Biografi və şərhlər əlavə etmişdir.

1937-ci ildə yenidən həbs olunan Müznib, XX. əsr. Azerbacan ədəbiyyatının bir sıra tanınmış şah-siyetleri kimi, milliyyətçiliklə və pantürkizmle cinayət-landı və ölüm cəzasına çarpdırıldı. Son zamanlarda ortaya çıxan sənədlər, yorulmaz jurnalist, şair və ədəbiyyat mütəxəssisi Əli Abbas Müznib'in 27 avqust 1937-ci ildə gülləyə dizildiğini açıqlayır.

1956-da dövlət tərəfindən suçsuzluğu etiraf edilib, ölümündən sonra bəraət edən Müznib'in əsərləri hələ toplanıb nəşr olunmamış, yaradıcılığı tədqiq edilməmişdir.

 

Əsərləri

  • Uşaqlara İbrət, Bakı, 1909;
  • Azadlığı-beşeriyye, Bakı, 1909;
  • Şeyx Behlil, Bakı, 1910;
  • Emel Çiçeyi, Bakı, 1911;
  • Çekmesilen, Bakı, 1911;
  • Dervişi-Kehkeşan, Bakı, 1913;
  • İstər Ağla, İstər Gül , Bakı, 1913;
  • Sibir Məktubat, Bakı, 1913;
  • Tikan Kolu. Hiciv və Menzumeler, Bakı, 1913;
  • Ürek yangısı, Bakı, 1913; Qiraet, Bakı, 1914;
  • Yusif və Züleyha, Bakı, 1914;
  • Eşrefi Macerası, Bakı, 1916;
  • İbrət Taziyanesi, Bakı, 1916;
  • İnsaf Güzgüsü, Bakı, 1916;
  • Yaşayış özülü, Bakı, 1916;
  • Tac-Mahal. Türk-İslam senayenin-arxitekturasından. Bakı, 1916;
  • Mühteser Ənbiya və İslam Tarixi, Bakı, 1917;
  • Tikan Kolu, Bakı, 1917;
  • Türkçe Qezeller. Köhnə ədəbiyyatımız numuneleri, Bakı, 1917.
  • Qərb Fa-tehi-Alilerinden Namdar Türk qəhrəmanından Məhəmməd Töfvig beyin "Zopası", Bakı, 1919;
  • Rusiya'nin Qəhrəmanı Rasputin, Azadlıq Dövrü, Bakı, 1919.
  • Xorasan Topa Tutulması və II Ni-asan görə cəza, Bakı, 1919.
  • Molla Nəsrəddin məzhəkələri. Bakı, 1927.
  • Aşiq Peri və müasirleri,(Toplayanı və müqəddimənin müəllifi Ə.Müznib). Bakı, 1928.
  • Nakam. Seçilmiş əsərləri. (Toplayanı və müqəddimənin müəllifi Ə.Müznib). Bakı, 1928.
  • Natəvan. Seçilmiş əsərləri. (Toplayanı və müqəddimənin müəllifi Ə.Müznib). Bakı, 1928.
  • A.Səhhət. Seçilmiş əsərləri. (Toplayanı və müqəddimənin müəllifi Ə.Müznib). Bakı, 1928.
  • M.Ə.Sabir. Seirlər məcmuəsi. (Toplayanı və müqəddimənin müəllifi Ə.Müznib). Bakı, 1928.
  • Seyid Əzim Şirvani. Seçilmiş şeirləri. (Toplayanı və müqəddimənin müəllifi Ə.Müznib). Bakı, 1930.
  • Abbas Səhhət. Əsərləri. (II nəşr). (Toplayanı və müqəddimənin müəllifi Ə.Müznib). Bakı, 1935.
  • Deyilən söz yadigardır, Bakı, 1991.
  • Müxtəsər ənbiya və islam tarixi. (Çapa hazırlayanı: Cahangir Qəhrəmanov). Bakı, 1990.
  • Ə. Müznib. Ürək yanğısı (hekayə, çapa hazırlayan və ön sözün müəllifi Hüseyn Həşimli). Bakı: Nurlan, 2004
  • Seçilmiş əsərləri. (Tərtib edəni, ön sözün və lüğətin müəllifi: İslam Ağayev). Bakı, 2006.
  • Seşilmiş əsərlər. (Nəşrə hazırlayan və ön sözün müəllifi: Sona Xəyal) Bakı, 2007.
  • Azərbaycan ədəbiyyatından seçmələr. (Tərtib edəni və ön sözün müəllifi Qətibə Vaqifqızı). Bakı: Elm və təhsil, 2011

 

Şeirləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR