Dərc edildi: Baxış sayı: 826
Əli Yusif - Qarabağ xainlərinə
Ucalır göylərə həşmətli, mübarək qayalar,
Qarlar altında məhabətlə panldar hər dağ.
Dərələr, məşcərələr, vəhşi, qaranlıq kahalar.
Yəni qiymətli, fəzilətli bir ölkə - Qarabağ!
Uçuyor onda qürur ilə bütün qartallar,
Nerə baxsan, meşə var, çay var, ağac var, dağ var.
Hər səda əks ilə dağlara əlhan oluyor,
Sanki hər bir daşı söylər də qəzəlxan oluyor.
Qarabağ şerlərin, nəğmələrin məskənidir,
Vaqifın, Asilərin türbəsidir, mədfənidir,
Qarabağ - yəni qəsaid və qəzəl dəryası
Azəri tacmın ən şəşəədar alması!
Çəkil, ey çöhreyi-alması tutan jəng, çəkil!
Ey o dağlarda gəzən teyf-siyəhrəng, çəkil!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət