Slimfit
  1. ƏDƏBİYYAT

Əli Razi Şəmçizadə - Məsləhət

Əli Razi Şəmçizadə - Məsləhət
Sakura

Əli Razi Şəmçizadə - Məsləhət

Məşədi Sijimquluya cavab
Sijimqulu, eyləmisən məsləhət, 
Utanma heç, gəl, səni evləndirim. 
Hyləmişəm istixarə yaxşıdır,
Beş-on günə, gəl səni evləndirim.

Məşdi Səfdər qızı sənə verməsə, 
Qızıl, gümüş, paltar, palaz istəsə,
Toy xərcinə əgər gücün yetməsə, 
Düzəldərəm, gəl, səni evləndirim.

Bir qız alım mən sənə tərlan kimi, 
Ahubaxış, işvəli ceyran kimi,
Gözəl -göyçək, qönçeyi xəndan kimi, 
Tez ol durma, gəl, səni evləndirim.

Saqqalına gecə həna bağlasın,
Başın keçəl olsa, yusun, yağlasın. 
Kötəkləsən, uşaq kimi ağlasın,
Qoy ağlasm, gəl, səni evləndirim.

Her yan molla, nikahiniz müftədir, 
Əgər versən, təmənna bir küftədir, 
Çətinliyi sənə bircə həftədir,
Xoşun gəlsə, gəl, səni evləndirim.

Əgər yoxdu pulun, pul da taparam, 
O məhləyə, bu məhləyə çaparam, 
Sənə özüm bir pullu toy yaparam, 
Qəm eləmə, gəl, səni evləndirim.

Yığışarlar toya hamı cavanlar, 
Kablayı, məşədi, həmi də xanlar, 
Mütriib oynar, hamı ləzzətin annar. 
Bax sözümə, gəl, səni evləndirim.

Nedir bizlərdə çox balaca qızlar, 
Nəyə lazım otuz yaşlı Tükazlar? 
Allah özü çətin işləri sazlar,
Dəxi durma, gəl, səni evləndirim.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR