Slimfit
  1. ƏDƏBİYYAT

Əli Nəzmi - Məxluqdan xaliqə

Əli Nəzmi - Məxluqdan xaliqə
Sakura

Əli Nəzmi - Məxluqdan xaliqə

Bilmirəm mən yeri, dünyanı yaratdın nə üçün? 
Dağlan, bağı, gülüstanı yaratdın nə üçün?
Quş, cücü, yırtıcı heyvanı yaratdın nə üçün? 
Sənə qurban olum, insanı yaratdın nə üçün? 
Hələ, xaliq! Bu müsəlmam yaratdın nə üçün?
Bir cəhənnəm olacaqdı buna dünyası bunun, 
İndi ki, bitməyəcəkdi ağısı, yası bunun, 
Qeyri-qabil olacaqdı, hələ əhyası bunun,
Bəs bu məfluc, yanmcanı yaratdm nə üçün? 
Söylə, xaliq! Bu müsəlmanı yaratdın nə üçün?
Keçməyir gün ki, o bir guşədə qan eyləməsin, 
Hədəf öz gülləsine bir neçə can eyləməsin, 
Etdiyi cümle ticarətdə ziyan eyləməsin,
Bunca qatilləri, qurbanı yaratdın nə üçün? 
Söylə, xaliq! Bu müsəlmanı yaratdın nə üçün?
Olduğun adəm o, bir gımə gətirməz yadxna, 
Atmaq əl qarət üçün sənəti erkək, qadına, 
Baxmamış elm, təməddün nədir, əsla dadına, 
Mötəqid, tabeyi-Quranı yaratdın nə üçün? Söylə, xaliq!
Bu müsəlmanı yaratdın nə üçün?
Lap kiçikkən alışır əyriliyə, oğnıluğa,
Ölsə bir kəlmə belə dil bulamaz doğruluğa, 
Qeyrəti, ari tamamilə qoyub bir qoluğa!
Atmış insanlığı, vicdanı, yaratdın nə üçün? 
Söylə, xaliq! Bu müsəlmam yaratdın nə üçün?
Qafası dopdolu mohum, xurafat bütün,
Puç edib əqlini qondarma rəvayət bütün, 
Bundan adəmmi olar, bir daha, heyhat... bütün, 
Xaliqim! Molla Süleymanı yaratdın nə üçün? 
Söylə, xaliq! Bu müsəlmanı yaratdın nə üçün?
Asyada Çin belə, Turan belə, Əfğam belə, 
Türkiyə, Hind, Ərəbistan belə, İranı belə,
Xasə Qafqazyası - bu faciə meydam belə, 
Gəncəni, Bakmı, Salyam yaratdın nə üçün? 
Söylə, xaliq! Bu müsəlmanı yaratdın nə üçün?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR