Slimfit
  1. SİYASƏT

Əli Məsimli: “Yeni əmək müqavilələri imzalamış şəxslər sosial sığorta haqlarından azad edilməlidir”

Əli Məsimli: “Yeni əmək müqavilələri imzalamış şəxslər sosial sığorta haqlarından azad edilməlidir”
Sakura

Əli Məsimli: “Yeni əmək müqavilələri imzalamış şəxslər sosial sığorta haqlarından azad edilməlidir”

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Vergi Məcəlləsində dəyişiklik edilməsi" haqqında qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, müzakirələrdə çıxış edən deputat Əli Məsimli bildirib ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yerli iş adamlarına yardım edilməlidir. 

"Azərbaycan iqtisadiyyatı hər gün 120-150 milyon manat pul itirir. Dünya təcrübəsindən məlumdur ki, problem vaxtında həll olunursa, ona az vəsait tələb olunur. Bu nöqteyi-nəzərdən Vergi Məcəlləsinə təklif edilən müvəqqəti vergi rejimi ilə yanaşı daha bir maddə əlavə edilsin. Bu, pandemiyadan sonrakı dövrdə yeni əmək müqavilələri imzalamış şəxslərin 2021-ci ilə qədər sosial sığorta haqqlarından azad edilməsi ilə bağlıdır. Bu, vətəndaşların yenidən işə cəlb edilməsinə şərait yaradacaq. İndi əmək müqavilələrinin sayının artması qurumların sürətlə yeni işçi götürməsi ilə əlaqədar deyil. Bu onu göstərir ki, həmin qurumlar mövcud işçiləri uçota götürürlər”, - o deyib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR