Slimfit
  1. MEDİA

Əli Məsimli: 'Milli Məclis “İstehlak kreditləri haqqında” qanun layihəsi hazırlamalıdır'

Əli Məsimli: 'Milli Məclis “İstehlak kreditləri haqqında” qanun layihəsi hazırlamalıdır'
Sakura

Əli Məsimli: 'Milli Məclis “İstehlak kreditləri haqqında” qanun layihəsi hazırlamalıdır'

Milli Məclis “İstehlak kreditləri haqqında” qanun layihəsi hazırlamalıdır.

Report”un məlumatına görə, bu təkliflə parlamentin payız sessiyasının ilk iclasında deputat Əli Məsimli çıxış edib.

O bildirib ki, bu qanun layihəsini banklar hazırlasa, onlar öz maraqlarından çıxış edəcəklər: “Bununla bağlı ayrıca qanun layihəsi hazırlansın, ya da ki, Mülki Məcəlləyə ayrıca bənd əlavə olunsun. Banklar real sektora daha yaxın olmalıdır. Prezident İlham Əliyevin sosial paketi 4 milyon nəfəri əhatə edib. Düşünürəm ki, bu siyasət davam etdirilməlidir”.

Ə.Məsimli də çıxışında “Təhsil kreditləri haqqında” qanun layihəsinin qəbulunun labüdlüyündən danışıb: “Bu qanunun qəbulu minlərlə insanın ailə büdcəsinə təsir göstərəcək. Həmçinin təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir edəcək”.

Spiker Oqtay Əsədov bununla bağlı qeyd edib ki, bildiyimə görə belə bir qanun layihəsi Milli Məclisə daxil olmayıb: “Hər dəfə məsələni qaldırırsınız. Amma bizə gəlib çıxmayıb qanun layihəsi. Göndərin, gəlsin”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR