Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Əli Məmmədov Hüseyn oğlu

Əli Məmmədov Hüseyn oğlu
Sakura

DOĞUM TARİXİ: 11/08/1955 VƏFAT TARİXİ: 24/09/1992

11 avqust 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Bakı şəhəri 255 saylı orta məktəbdə almışdır. Sonra Bakı Poliqrafıya Məktəbinə daxil olmuş və çapçı ixtisasına yiyələnmişdir. Bir müddət mətbəədə işləmişdir. 1975-ci ildə ordu sıralarına çağırılır. Hərbi xidmətini Macarıstanda keçir. 1978-ci ildə daxili işlər orqanlarında sıravi polis nəfəri kimi işə başlayır. 1982-ci ildə Polis Akademiyasına daxil olur. 1984-cü ildə təhsilini müvəffəqiyyətlə başa vurub, Bakının Binəqədi rayonunda sahə müvəkkili vəzifəsinə təyin edilir. 1987-ci ildə nümunəvi polis işçisi kimi onu Moskva Polis Akademiyasına ixtisasartırma kursuna göndərirlər. Sonra Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsində polis kapitanı rütbəsində baş əməliyyat müvəkkili vəzifəsinəcən yüksəlir.

Polis kapitanı Qarabağda və sərhəd bölgələrində gedən döyüşləri həyəcanla izləyir, həmin bölgələrə getməyə can atırdı. Nəhayət, 1992-ci ilin əvvəllərindən o, mütəmadi olaraq polis əməkdaşları ilə birlikdə cəbhə bölgələrinə göndərilir. 1992-ci il sentyabrın 24-də Əli yenidən döyüş bölgəsinə - Laçın rayonuna ezam olunur. Ermənilərin ələ keçirdiyi mühüm strateji əhəmiyyətə malik olan Qızartı yüksəkliyini almaq üçün kəşfiyyat planı hazırlanırdı. Əli də bu kəşfıyyat qrupuna daxil edilmişdi. Gecə yüksəklik düşməndən azad edilir, lakin oktyabrın 1-də sübh tezdən sayca qat-qat üstün olan düşmən əks-hücuma keçir. Əli qeyri-bərabər döyüşdə böyük şücaət göstərərək, yaralıların döyüş meydanından çıxarılmasına şərait yaradır. Son anadək mərdliklə vuruşan polis kapitanı başından ağır yaralanır. Bu, onun Ömrünə son qoyur.

Ailəli idi. İki övladı həyatda yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakının Rəsulzadə qəsəbəsindəki  küçələrdən biri onun adını daşıyır. 

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR