Dərc edildi: Baxış sayı: 560
Əli Həsənovun qardaşı oğlunu da işdən çıxardılar - Elçin Həsənov İTV-dən getdi
Prezidentin sabiq köməkçisi Əli Həsənovun qardaşı oğlu Elçin Həsənov İctimai Televiziyada Baş direktor müavini vəzifəsindən azad edilib. Bu barədə KONKRET.az-a televiziyadakı əməkdaşlardan biri deyib. Mənbənin sözlərinə görə, Elçin Həsənov onsuz da bu gün–sabah işdən kənarlaşdırılacaqdı. Ancaq Əli Həsənovun oğlu Şamxal Həsənovun “Xəzər” Televiziyasının rəhbərliyindən uzaqlaşdırılması onun da işini itirməsini sürətləndirib.
Xatırladaq ki, bir müddət əvvəl KONKRET.az-da Əli Həsənovun qardaşı oğlu Elçin Həsənovun işdən kənarlaşdırılacağı ilə bağlı “Əli Həsənovun İTV-nin baş direktor müavini olan qardaşı oğlunın da başı dərddədir” adlı yazı dərc edilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət