Əli Fitrət - Azərbaycanım, yaşa!
Yaşa, yaşa, Azərbaycanım, yaşa,
Sənsən mənim dinü imanım, yaşa!
Günəş kimi nurun saçır hər yana,
Gözəl vəsfin gəlməz sənin bəyana,
Canlar qurban sənin kimi məkana,
Şərafətli mənim məkanım, yaşa,
Yaşa, yaşa, Azərbaycanım, yaşa!
Torpağın mişki-ənbərdən yaxşıdır,
Daşlann ləli-gövhərdən yaxşıdır,
Sulann abi-Kövsərdən yaxşıdır,
Sənsən mənim baği-cinanım, yaşa,
Yaşa, yaşa, Azərbaycanım, yaşa!
Sən Babəklər, Koroğlular yurdusan,
Yatıb sənin hər guşəndə min aslan,
Sən yetirdin Səttarxan tək qəhrəman,
Oldün mənim ruhi-rəvamm, yaşa,
Yaşa, yaşa, Azərbaycanım, yaşa!
Vətən qədri bilən insan var olsun,
Oğlu, qızı onun bəxtiyar olsun,
Vətənin sevməyən daim xar olsun,
Daim şərəfli aşiyanım, yaşa,
Yaşa, yaşa, Azərbaycanım, yaşa!
Qızıl bayraq, qızıl ləşkər yaşasın,
Bizim əziz, şanlı rəhbər yaşasın.
Bu millətə olan sərvər yaşasın,
Bir onadır mənim gümanım, yaşa,
Yaşa, yaşa, Azərbaycanım, yaşa!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət