Slimfit
  1. SİYASƏT

Əli Əsədovdan xüsusi karantin rejimi dövründə sanitariya vəziyyəti ilə bağlı qərar imzaladı

Əli Əsədovdan xüsusi karantin rejimi dövründə sanitariya vəziyyəti ilə bağlı qərar imzaladı
Sakura
:0

Əli Əsədovdan xüsusi karantin rejimi dövründə sanitariya vəziyyəti ilə bağlı qərar imzaladı

Azərbaycan Respublikasının ərazisində xüsusi   karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə 

  Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariyaepidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:      1. Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq edilsin:      1.1. qida məhsullarının ticarəti üzrə fəaliyyət;      1.2. ictimai-iaşə müəssisələrinin fəaliyyəti;      1.3. turizm və hotelçilik fəaliyyəti;      1.4. ictimai nəqliyyatın fəaliyyəti;      1.5. vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti;      1.6. müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti.      2. Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan 

2 Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı metodiki göstərişləri təsdiq etsin:      2.1.  “Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;      2.2. “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;      2.3. “Turizm və hotelçilik sektorunda koronavirus  (COVID19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;       2.4.  “İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının  profilaktikasına dair metodiki göstərişlər”;      2.5. “Vətəndaşların qəbulunu həyata keçirən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;       2.6. “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”. 

 Əli Əsədov                                         

 Azərbaycan Respublikasının Baş Naziri 

 Bakı şəhəri, 1 may  2020-ci il 

 № 160 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR