Dərc edildi: Baxış sayı: 2418
Əli Əsədovdan qərar: Şahin Mustafayevə yeni vəzifə verildi
Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edib.
Nazirlər Kabinetinin saytında yer alan məlumata görə, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərarla Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası sədri təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət