Dərc edildi: Baxış sayı: 590
Əli Əsədova ilk təbrik gəldi
Rusiyanın Baş naziri Dmitri Medvedyev bu gün Azərbaycanın baş naziri vəzifəsinə seçilən Əli Əsədovu təbrik edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Dost və əməkdaşlıq münasibətləri Rusiya və Azərbaycanı bir-birinə bağlayır, ticarət-iqtisadi və investisiya qarşılıqlı təsir nəticəsində inkişaf edir, irəliləyir. Energetika, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli layihələr reallaşır. Bildirmək istərdim ki, ikitərəfli əməkdaşlığın bütün sahələrini daha da inkişaf etdirmək, yeni qarşılıqlı faydalı təşəbbüs və proqramları təşviq etmək üçün hökumət xəttində birgə işləməyə hazıram", - təbrik məktubunda qeyd edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət