Slimfit
  1. CƏMİYYƏT

Əli Əsədov ukraynalı həmkarını təbrik etdi

Əli Əsədov ukraynalı həmkarını təbrik etdi
Sakura

Əli Əsədov ukraynalı həmkarını təbrik etdi

Azərbaycanın Baş Naziri Əli Əsədov Denis Şmıqala Ukraynanın Baş Naziri təyin edilməsi münasibətilə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir:

“Ukraynanın Baş Naziri vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız dövlətlərarası münasibətlərimizin inkişafı üçün möhkəm bünövrədir. İkitərəfli əlaqələrimizin, strateji əməkdaşlığımızın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımlar atacağımıza ümidvar olduğumu bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR