Dərc edildi: Baxış sayı: 704
Əli Əsədov ukraynalı həmkarına başsağlığı verdi
Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Ukraynanın Baş Naziri Denis Şmıqala başsağlığı məktubu göndərib.
Ens.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Nazir məktubda bildirib ki, Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri onu olduqca kədərləndirib.
Ə. Əsədov bu faciə ilə əlaqədar Ukraynanın Baş Nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət