Dərc edildi: Baxış sayı: 263
Əli Əsədov Rusiyanın Baş nazirinə başsağlığı verib
Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinə ötən gecə "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı başsağlığı verib.
Nazirlər Kabinetindən “Report”a verilən məlumata görə, Ə.Əsədov baş verən hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olması xəbərindən kədərləndiyini bildirib.
Ə.Əsədov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət