Slimfit
  1. GÜNDƏM

Əli Əsədov İrəvanda niyə günlərdir müzakirə edilir?

Əli Əsədov İrəvanda niyə günlərdir müzakirə edilir?
Sakura

Əli Əsədov İrəvanda niyə günlərdir müzakirə edilir?

Son günlər Ermənistan mediasında ən çox müzakirə olunan məsələlərdən biri Prezident İlham Əliyevin sərəncamı ilə Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlıdır. Belə ki, bir sıra erməni ekspertlər ölkəmizdə aparılan kadr islahatlarını xüsusi vurğulayır, bunu hətta Azərbaycanın müharibəyə ciddi hazırlıq görməsi kimi qiymətləndirir.

Mövzu ilə bağlı Axar.az-a danışan Azərbaycan XİN-in sabiq rəhbəri, politoloq Tofiq Zülfüqarov ölkədə aparılan kadr islahatlarını müsbət qiymətləndirib:

“Bu islahatlar doğrudan da gedir və bu, iqtisadiyyatın dirçəlməsinə gətirib çıxarır. Bununla paralel olaraq kadrların yenilənməsi fərqli bir haldır. Hesab edirəm ki, bəzi adamlar vəzifədə çox qaldıqda yaşla əlaqədar iş qabiliyyətləri azalır. Loru dildə desək, yeni göz lazımdır ki, daha fərqli məqamları görsün. Düşünürəm ki, məhz bu baxımdan islahatlar sürətlənib”.

Ekspert Azərbaycanda baş verən proseslərdən dolayı ermənilərin narahatlığının əsassız olmadığını bildirib:

 

“Ermənilər həmişə Azərbaycanda gedən prosesləri izləyiblər. Onlar başa düşürlər ki, çox qorxulu bir vəziyyət yaranıb. Bu yaxınlarda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun səsləndiriyi bir fikir diqqəti cəlb edir. Lavrov tərəflər arasında danışıqların olmadığını dedi. Azərbaycan tərəfi də bəyan etdi ki, danışıqlar yoxdur, sadəcə, görüşlər baş verir. Danışıqlar olmayan yerdə təbii ki, məsələnin həlli ilə bağlı digər üsullar ortaya çıxır. Başa düşürük ki, hərbi əməliyyatların başlamasının mümkünlüyü artır. Hərbi əməliyyatların təşəbbüskarının kim olacağı fərq etmir. Amma məntiqə görə, Azərbaycanın tam hüququ var ki, öz ərazilərini işğaldan azad etsin. Çünki beynəlxalq vasitəçilik heç bir nəticə vermir.

Bu baxımdan ermənilər Azərbaycanda baş verən islahatları özlərinə təhlükə kimi görməkdə haqlıdırlar. Çünki ermənilər başa düşürlər ki, onların potensialı və əsas gücü Rusiya tərəfindən onlara verilən hərbi təhlükəsiz qarantiyasıdır. Ermənistan tərəfinin narahat olmasının əsas səbəbi bu qarantiyanın onların üzərindən götürülməsi və bu prosesin davam etməsi ilə bağlıdır. Ermənilər demək olar ki, Azərbaycan tərəfinin bütün addımlarında müharibənin bərpasını görürlər. Bu baxımdan onların həqiqətdən uzaq olmadığını demək olar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR