Əli Əsədov gəldi: hansı dəyişikliklər olacaq? - Deputat
Bir neçə ildir başladılan kadr və struktur islahatları davam etdiriləcək.
Bu sözləri Axar.az-a Əli Əsədovun Baş nazir postuna təyin edilməsindən sonra aparılacaq struktur islahatları haqda danışan millət vəkili Elman Məmmədov deyib.
O bildirib ki, Əli Əsədovun bu vəzifəyə təyin edilməsindən sonra da islahatlar davam etdiriləcək:
“Beynəlxalq aləmdə və cəmiyyətdə daxili münasibətlər nəzərə alınaraq, bütün sahələrdə vaxtaşırı islahatların aparılması çox vacibdir. Bu, dövlətimizin, dövlətçiliyimizin, inkişafımızın xeyirinədir. İslahatlar siyasi, iqtisadi, bir sözlə, bütün sahələrdə aparılır. O cümlədən kadr, struktur islahatları da gedir. Son 2 il ərzində aparılan islahatlar göz qabağındadır. Bundan sonra da bu islahatların davam etdirilməsi gözlənilir. Dünən Əli Əsədovun Baş nazir postuna təyin olunması ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlardan idi. O, iş fəaliyyəti ilə bir kadr kimi özünü doğruldub. Hesab edirəm ki, onun bu vəzifəyə təyin edilməsi Azərbaycanın inkişafında, möhkəmlənməsində çox vacibdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət