Slimfit
  1. AZƏRBAYCAN

Əli Əsədov bu qaydanı TƏSDİQ ETDİ

Əli Əsədov bu qaydanı TƏSDİQ ETDİ
Sakura

Əli Əsədov bu qaydanı TƏSDİQ ETDİ

Nazirlər Kabineti “Tibb müəssisələrinin akkreditasiyası Qaydası” təsdiq edib.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, qərara əsasən, Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla, tibb müəssisələrinin akkreditasiyasına dair tələbləri üç ay müddətində müəyyən edəcək.

Qaydalar əhalinin müayinə və müalicə üçün yüksək keyfiyyətli tibbi xidmət göstərən tibb müəssisələrini seçmək hüququnu təmin etmək məqsədini daşıyır.

Akkreditasiya TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaratdığı Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyası tərəfindən həyata keçirilir. Komissiyanın tərkibi tabeliyindən asılı olaraq qurumların rəhbərləri tərəfindən təsdiq edilir.

Akkreditasiyanın keçirilməsi Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla təsdiq edilmiş normativ aktların tələbləri əsasında həyata keçirilməsi nəzərdə tutulur. Həmin aktların hazırlanması layihənin Qərar hissəsində tapşırılır.

Həmçinin layihənin qəbul edilməsi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsinə əsas yaradacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR