Slimfit
  1. CƏMİYYƏT

Əli Əsədov Artur Rəsizadənin verdiyi qərarı dəyişdi

Əli Əsədov Artur Rəsizadənin verdiyi qərarı dəyişdi
Sakura

Əli Əsədov Artur Rəsizadənin verdiyi qərarı dəyişdi

“Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə” sözləri “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə” sözləri ilə əvəz edilib.

Nazirlər Kabinetinin qeyd olunan qərarı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçiləri vəzifələrində çalışan əməkdaşların vəzifə funksiyalarının Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin səlahiyyətlərindən daha geniş və əhatəli olduğu nəzərə alınaraq hazırlanıb.

Bu dəyişikliyə qədər Gənclər və İdman Nazirliyində çalışan və Olimpiya idman növləri üzrə milli yığma komandalarla məşğul olan əməkdaşlar ştat cədvəlində “baş məşqçi” kimi müəyyənləşdirilib. Bu ifadə, onların federasiyalarda çalışan baş məşqçilərlə eyniləşdirilməsinə səbəb olur, fərqli funksiyalar yerinə yetirən Nazirlik əməkdaşı “baş məşqçi” ilə federasiya əməkdaşı “baş məşqçi”lərin zəruri hallarda fərqləndirilməsinə mane olurdu.

Gənclər və İdman Nazirliyinin əməkdaşları olan “baş məşqçi”lər Olimpiya idman növləri üzrə milli yığma komandalarla iş aparır, yerlərdə seleksiya işlərini həyata keçirir, təlim-məşq prosesinin, maddi-texniki bazanın təşkil olunmasına, idmançıların beynəlxalq yarışlara hazırlıq prosesinə nəzarət edir, Nazirliklə idman federasiyaları arasında əlaqəli fəaliyyət göstərir, idmanyönlü təşkilatlarla əlaqələr yaradır və digər işləri yerinə yetirirlər. Bu vəzifədə çalışanların öz iş funksiyalarına uyğunluğunu təmin etmək məqsədilə mövcud Qərarda “baş məşqçi” vəzifə adının “seleksiya üzrə baş mütəxəssis” vəzifə adı ilə əvəz edilməsi məqsədəuyğun hesab edilib.

Qərar 2005-ci il mayın 13-də o zamankı Baş nazir Artur Rəsizadə tərəfindən imzalanmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR