Slimfit
  1. AZƏRBAYCAN

Əli Əhmədov: Azərbaycan cəmiyyəti öz inkişafını təhsillə bağlayır

Əli Əhmədov: Azərbaycan cəmiyyəti öz inkişafını təhsillə bağlayır
Sakura

Əli Əhmədov: Azərbaycan cəmiyyəti öz inkişafını təhsillə bağlayır

Bu gün Azərbaycan cəmiyyətində 30 yaşa qədər insanlar 4,6 milyon nəfər təşkil edir.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan tələbələrinin II qurultayında çıxış edən baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan öz həyatını, bu gününü və gələcəyini gənclərdən ayrı  təsəvvür etmir:

“İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan dayanır. Siyasətin mərkəzinə insanın qoyulması bugünkü Azərbaycan reallığının ən mühüm amillərindən biridir”.

“Bu gün Azərbaycan cəmiyyətinin malik olduğu dəyərlər gənclər üçün  istifadə edilir. Eyni zamanda, bu gün Azərbaycan dövləti və xalqı öz gələcəyini gənclərlə bağlayır. Gənclərin daha yaxşı təhsil alması Azərbaycanın gələcəyinin daha etibarlı şəkildə qurması üçün ən mühüm amillərindəndir. 

Azərbaycan hökuməti bütün potensialını ona yönəldib ki, siz daha yaxşı təhsil ala bilərsiniz.

Bizim üçün əsas prioritet odur ki, gənclər sağlam olsun. İkinci prioritet gənclərin daha yaxşı təhsil ala bilməsidir. Azərbaycan cəmiyyəti öz inkişafını təhsillə bağlayır. Siz dünyəvi bilikləri mənimsəməklə həm öz arzularınızı reallaşdırır, həm də cəmiyyətin ən mühüm fundamental amilini formalaşdırmış olursunuz”, - deyə baş nazirin müavini qeyd edib.

Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan cəmiyyəti gənclərdən təşkil olunub:

“Hazırda  Azərbaycan cəmiyyətində 30 yaşa qədər insanlar 4,6 milyon nəfər təşkil edir. Bu isə Azərbaycan əhalisinin 46 faizini təşkil edir. Tələbə yaşında, yəni 24 yaşadək olan gənclər ölkə əhalisinin 3,6 milyon nəfərini, başqa sözlə, üçdə birini təşkil edir. Demək, bizim cəmiyyətimiz gəncdir. Bu mənada, gənclərə yönələn siyasət  Azərbaycan vətəndaşlarının həyatının yaxşılaşması üçün atılan addımların əsas qayəsini təşkil edir”.

Əli Əhmədov bildirib ki, Azərbaycan vətəndaşlarının layiqli vətənpərvər kimi yetişməsi dövlətimizin qüdrətini artırır:

“Bu gün gənclərimiz fəxr etməlidirlər ki, onlar azərbaycanlıdırlar. Azərbaycanın gələcəyi siz gənclərin əlində olacaq. Biz sizdən böyük ümidlər gözləyirik. Sizin mübarizliyiniz üzərində gələcək Azərbaycan daha da güclü olacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR