Slimfit
  1. AZƏRBAYCAN

Əli Əhmədov Avstriya kanslerinin müavini ilə görüşüb

Əli Əhmədov Avstriya kanslerinin müavini ilə görüşüb
Sakura

Əli Əhmədov Avstriya kanslerinin müavini ilə görüşüb

Baş nazirin müavini Əli Əhmədovsentyabrın 18-də Azərbaycanda səfərdə olan Avstriya Kanslerinin müavini Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, Ə.Əhmədov bu səfərin iki ölkə arasında mövcud əlaqələrin daha da inkişafına təkan verəcəyini vurğulayıb.

O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra istər prezidentlər, istərsə də digər rəhbər heyətlər səviyyəsində qarşılıqlı səfərlər baş tutub: "Atılan addımlar iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə kömək edib. Azərbaycan hər zaman Avstriyaya dost ölkə kimi yanaşır".

Avstriya Kanslerinin müavini Haynts-Kristian Ştraxe Azərbaycana ilk dəfə səfər etdiyini və Bakının gözəlliyinə heyran qaldığını bildirib. Ölkəmizlə bir çox sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını qeyd edən Haynts-Kristian Ştraxe Avstriya rəhbərliyinin salamlarını Azərbaycan tərəfinə çatdırıb.

İki dövlətin oxşar cəhətlərinin olduğunu vurğulayan Avstriya Kanslerinin müavini hər iki ölkənin praqmatik və təhlükəsizlik siyasət yürütdüyünü qeyd edib.

Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq problemin dinc yolla həllinin tərəfdarı olduqlarını diqqətə çatdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR