Dərc edildi: Baxış sayı: 761
Əli bəy Hüseynzadə - Ona inan
Qurtuluş Kamala inanla olur,
Hökumət seçilmiş bakanla olur,
Ünlü kölgəsində ol Atatürkün
Dəyişib yüksəlmə uranla olur.
Ucadır ülgüsü ulu Öndərin,
Diləyi: ölkədə türkcə söylənsin.
Ey Türk ozanlan irəli gəlin
Bu işlər bir az da ozanla olur.
Onun göstərdiyi yolla yürürəm,
Önümdə gözəllik, işıq görürəm,
Türkü çağırıram əldə çökürəm
Qutlu Türkəm ona qutanla olur.
Yurdun sevgisiylə olmuşam ozan,
Ara-sıra boylə düzgülər yazan,
Olsun yazım mənim yurda ərməğan
Altındakı Turan Turanla olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət