Dərc edildi: Baxış sayı: 1467
Əli bəy Hüseynzadə - Hali-vətən
Ucundadır dilimin,
Həqiqətin böyüyü.
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi.
Bilirmisən cühəla
Nə etdilər vatana?
Nə qoydular uyuya,
Nə qoydular oyana.
Durur bila-hərəkət,
Rəvamı bir diriyə?
Nə getmədə iləri,
Nə dönmədə geriyə.
Ədu qırır qapıyı,
Biz evdə bixəbəriz.
Nə başqa başqalarız,
Nə ittihad edəriz.
Ayıltmadı qələmim.
Şu türk ilə əcəmi.
Nə qoydular yazayım,
Nə qırdılar qələmi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət