Elektron qolbağlı məhkum necə izlənir?
"İKT-nın üstünlüklərindən istifadə hər zaman Ədliyyə Nazirliyinin əsas prinsiplərindən biridir".
Ens.Az ted.az-a istinadən bildirir ki, bunu Probasiya xidmətinin Elektron monitorinq idarəsinin baş məsləhətçisi Nəvai Əlizadə bildirib.
"Sözsüz ki, elektron nəzarət vasitəsi tətbiq edilmiş məhkuma Probasiya xidmətinin Elektron monitorinq mərkəzində nəzarət edilir. Yəni, onun izləmə sessiyası aparılır. Bundan əlavə, hər bir yerli qurumda, icra-probasiyya şöbələrində işçi stansiyaları quraşdırlıb. Probasiya xidmətinin Elektron monitorinq mərkəzinə daxil olan siqnallar emal edildikdən sonra işçi stansiyalarına ötürülür ki, həmin şöbələrin icra məmuru tərəfindən qanunvericilikdə müəyyən olunmuş tədbirlər görülsün. Eyni zamanda, mobil nəzarət qurğusunun vasitəsilə məhkum monitorinq mərkəzi ilə data əlaqəsini yarada bilir. Qurğunun köməyilə mərkəzə sorğu göndərilir və həmin sorğu əsasında məsul növbətçi dispetçer həmin məhkum ilə əlaqə saxlayır", - deyə N.Əlizadə bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət