Slimfit
  1. DÜNYA

Elektron poçt ekologiyaya böyük zərər vurur

Elektron poçt ekologiyaya böyük zərər vurur
Sakura

Elektron poçt ekologiyaya böyük zərər vurur

Kağızdan istifadə etməyən elektron poçtun ətraf mühit üçün zərərsiz olması kimi təsəvvür yaransa da, amma energetika sahəsi ilə əlaqəli olan britaniyalı analitiklər bu iddia ilə razılaşmayıblar. Onların araşdırmasına görə, elektron poçt planetə avtomobil və təyyarələrdən daha böyük zərər vurur.

ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, elektron yazışmanı ekoloji cəhətdən təmiz adlandırmaq olardı, lakin mütəxəssislər serverlərin işləməsini təmin edən elektrik stansiyaları tərəfindən havaya buraxılan karbon qazının tullantısını planet üçün ciddi təhlükə hesab edirlər. Analitiklərin hesabatına əsasən, "Necədir?", "Çatdı?", "Təşəkkür", "Qəbul etdim" və sairə bu kimi mənasız mesajlar bəşəriyyətə daha çox zərər vurur.

"Əgər Böyük Britaniyanın hər bir sakini gündəlik ən azı bir belə mesajdan imtina etsəydi, onda bir il sonra atmosferə buraxılan karbon qazının tullantısını 16 min ton azaltmaq mümkün olardı" – analitiklər bildiriblər.

16 min karbon qazı tullantısı 3334 avtomobil mühərrikinin işinə və ya Madrid və London arasında 81152 uçuşa ekvivalentdir. Hesabata əsasən, yalnız Böyük Britaniyada hər gün təxminən 64 milyon "faydasız" məktub göndərilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR