Slimfit
  1. AZƏRBAYCAN

Elektron ərizəsində səhvə yol verən abituriyent orada sonradan düzəliş edə bilməz - Rəsmi

Elektron ərizəsində səhvə yol verən abituriyent orada sonradan düzəliş edə bilməz - Rəsmi
Sakura

Elektron ərizəsində səhvə yol verən abituriyent orada sonradan düzəliş edə bilməz - Rəsmi

“Elektron ərizəsində səhvə yol verən abituriyentlər ərizələrində düzəliş edə bilməzlər”

AzEdu.az xəbər verir ki, bunu canlı yayımda Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə,elektron ərizə təsdiq olunduqdan sonra abtiruriyentə düzəliş üçün şans verilmir:

“Əgər abituriyent elektron ərizə seçimində yanlışlığa yol veribsə, bu zaman ərizəsində özü düzəliş edə bilməz. Yalnız şəxsiyyət vəsiqəsiylə DİM-ə yaxınlaşmaqla ərizədə lazım olan düzəlişlər həyata keçirilə bilər”.

Sektor müdiri elektron ərizəni abituriyentin təsdiq etməsinin vacibliyi barədə də söz açıb:

“Bəzən abituriyentlər müəyyən ödəniş etməklə ərizələrini yad şəxslərə təsdiq etdirirlər. Halbuki proses çox sadədədir və hər şagird 10-15 dəqiqə vaxtını ayırmaqla ərizəsini lazımi qaydada doldura bilər”.

Xatırladaq ki,DİM-in Feysbuk və Yutub kanalı vasitəsilə canlı yayımda abituriyentlərə elektron ərizənin doldurulması və təsdiqi barədə təlimat verilib.

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu prosesi aprelin 15-ə qədər davam edəcək.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR