Slimfit
  1. ELM

Elektrik zibili qrafenə çevirir

Elektrik zibili qrafenə çevirir
Sakura

Yəni texnologiya sayəsində zir-zibil qrafenə çevriləcək

Qrafen — karbonun çoxatomlu təbəqəsidir. Bu material özünün unikal keyfiyyətləri ilə fərqlənir. Qrafen yer kürəsində ən möhkəm material hesab olunur. Bununla yanaşı, o elektrik cərəyanını keçirir və şəffaflığı ilə diqqəti çəkir. Şəffaflıq xüsusiyyətinə görə bir sıra materialların, məsələn, sensor displeylərin yaradılması üçün əvəzsizdir. Belə hesab edilir ki, qrafen tezliklə elektronika sənayesində kütləvi şəkildə tətbiq olunacaq.

Ens.az bildirir ki, hazırda qrafendən bir sıra materialların istehsalında istifadə olunur: yüksək davamiyyətli plastikdən tutmuş çevik elektronik məhsullara qədər. Müasir üsullar az miqdarda ideal struktura malik qrafen istehsalına imkan verir. Yeni texnologiya isə artıq gündə bir neçə qram qrafen istehsal etməyə imkan verəcək və mütəxəssislər bu miqdarı gündə bir neçə kiloqrama qədər artırmaq niyyətindədirlər.

Bu istiqamətdə təcrübələr aparan tədqiqatçılar sınaq şüşəsinə bir damcı hıs qoyaraq 200 millisaniyə ərzində 400 volt elektrik yükünə məruz qoyublar. Bir qədər düzəlişdən sonra alimlər şüşə içərisindəki temperaturun təxminən 2700 C dərəcəyə çatmasına nail olublar.

Kimyəvi testlər bu prosesin kütləvi istifadə üçün ideal olan qrafen istehsal etdiyini təsdiq edib.

Tədqiqatçılar qeyd edirlər ki, bu üsul praktik olaraq istənilən üzvi materialın (qəhvə çöküntüsü, qida tullantıları, köhnə şinlər və plastik butulkalar da daxil olmaqla) qrafenə çevrilməsi üçün buxarlanmasına imkan verir. İş, elmi və praktik nöqteyi-nəzərdən novatordur, çünki o kifayət qədər ucuz qrafen əldə etməyə imkan verir, bundan da asfaltın bərkidilməsi və ya boyaların xüsusiyyətlərinin yaxşılaşdırılması üçün istifadə etmək mümkün olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR