Slimfit
  1. DÜNYA

Elektrik enerjisini vulkan daşlarında saxlayan stansiya işə salınıb

Elektrik enerjisini vulkan daşlarında saxlayan stansiya işə salınıb
Sakura

Elektrik enerjisini vulkan daşlarında saxlayan stansiya işə salınıb

Almaniyanın “Siemens” şirkətinin “Gamesa Corporacion Tecnologica” törəməsi yeni istilik elektrik stansiyasının tikintisini başa çatdıraraq istifadəyə verib. Layihənin unikallığı külək elektrostansiyası vasitəsilə toplanan enerjinin vulkan daşlarında saxlanılmasındadır.

ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “ETES” (electric thermal energy storage) adlı eksperimental qurğu Hamburq şəhərində yerləşir. Külək elektrostansiyasının hasil etdiyi enerji isti havaya çevrilərək min tona yaxın vulkanik süxurun Selsi üzrə 600 dərəcə temperaturadək qızdırılması üçün istifadə olunur. Xüsusi qoruyucu torpaq tökümü və termoizolyasiyalı qapaq istilik itkisinin qarşısını alır ki, bunun da sayəsində onu 1 həftə və ya daha çox saxlamaq mümkün olur. İstehsalçı nümayəndələrinin sözlərinə görə, eksperimental qurğu 120 meqavat-saatadək istilik toplayaraq saxlayır.

Bildirilir ki, zərurət yaranan zaman toplanan istilik enerjisi buxar turbini vasitəsilə yenidən elektrik enerjisinə çevriləcək və yerli “Hamburg Energie” kommunal şirkəti tərəfindən satılacaq.

“Gamesa Corporacion Tecnologica” şirkətinin planlarına enerjinin daşda saxlanılmasını nəzərdə tutan yeni texnologiyanı kommersiya layihələrində istifadə edərək stansiyanın tutumunu və gücünü artırmaq daxildir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR